Mərmərə dənizinin bir hissəsi narıncı rəngə boyanıb.
EDNews.net xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.
Bildirilir ki, əsas dəyişiklik Türkiyənin Tekirdağ şəhərinin sahilində qeydə alınıb.Bu hal yerli sakinlər tərəfindən maraqla qarşılanıb.Elm adamları isə qorxuya əsas olmadığını bildirərək, bu halın dənizdə planktonların çoxalması ilə izah
ediblər:“Buna təbii ekoloji hadisə deyə bilərik və müvəqqəti xarakter daşıyır. Təlaşa səbəb olacaq heç nə yoxdur”.