5G mobil rabitə şəbəkəsinə qoşulanların sayı 2,8 milyarda çatacaq | Eurasia Diary - ednews.net

27 May, Çərşənbə


5G mobil rabitə şəbəkəsinə qoşulanların sayı 2,8 milyarda çatacaq

Maraqlı A- A A+

"2025-ci ilədək 5G mobil rabitə şəbəkəsinə qoşulan insanların sayı 2,8 milyarda çatacaq. Bu rəqəm bir neçə ay öncə 2,6 milyard olaraq göstərilirdi.

Lakin bütün dünya ölkələrində yayılan koronavirus pandemiyası 5G ilə bağlı verilən proqnozlara yenidən baxmağımıza səbəb oldu".

EDNews.net ted.az-a istinadən bildirir ki, bu haqda Ericsson şirkəti məlumat yayıb.

Şirkətin məlumatında qeyd olunur ki, IT, eləcə də digər istehsalçı şirkətləri COVID-19 pandemiyasına görə, böhranla üz-üzə qalsa da, Ericsson korporasiyası öz fəaliyyətini uğurla davam etdirir: "Hazırda iqtisadi çətinlik yaşamırıq. Çünki insanların böyük əksəriyyəti məsafədən iş rejimində fəaliyyətlərini davam etdirirlər".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...