“Nokia” şirkəti yeni düyməli telefonlarını təqdim edib | Eurasia Diary - ednews.net

27 May, Çərşənbə


“Nokia” şirkəti yeni düyməli telefonlarını təqdim edib

Maraqlı A- A A+

“Nokia” şirkəti “Nokia 125” və “Nokia 150” adlı yeni ucuz telefonlarını təqdim edib.

EDNews.net bildirir ki, hər iki telefon “QVGA” təsvir ölçülü 2,4 düymlük ekran, polikarbonatdan hazırlanmış korpus və 1020 milliamper/saat tutumlu batareya ilə təchiz edilib.

“Series 30 ” platformasının idarəetməsi altında işləyən “Nokia 125” və “Nokia 150” telefonları eyni anda iki SİM kartın işini dəstəkləyir, həmçinin qulaqlıqlar üçün 3,5 mm-lik konnektor, “microUSB” portu, “FM” radioqəbuledici və “Bluetooth” modulu ilə təchiz edilib.

“Nokia 150” aparatı daxili MP3 pleyer, VGA kamera, həmçinin tutumu 32 QB-dək olan “microSD” kartı üçün slotla təchiz edilib.

Yaxın vaxtlarda satışa çıxarılacaq “Nokia 125” telefonunun qiyməti 24 dollar, “Nokia 150” telefonunun qiyməti isə 29 dollar təşkil edəcək. (azerbaycan24)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...