Antik dünyanın ən sirli quruluşlarından biri olaraq görülən Giza piramidasının 4600 illik sirri ortaya çıxıb.
EDNews.net xəbər verir ki, min illərdir möhtəşəmliyini qoruyan və hələ də özündə böyük sirləri saxlayan Giza piramidasının inşa edilməsində çalışan işçilərin sayı açıqlanıb.
Araşdırmalar zamanı özü qədər böyük sirri ilə də insanı cəlb edən Giza piramidasının inşa edilməsində 10 min işçinin çalışdığı sübut olunub.
Qeyd edək ki, bu rəqəm daha əvvəl də ortaya çıxsa da, elm adamaları əllərində bir sübut olmadığı üçün bu iddialar qarşısında səssiz qalmışdı.(moderator.az)