Həvəskar arxeoloq qədim pterozavrın qalıqlarını aşkarladı | Eurasia Diary - ednews.net

16 İyul, Cümə axşamı


Həvəskar arxeoloq qədim pterozavrın qalıqlarını aşkarladı

Maraqlı A- A A+

La-Manş boğazındakı Uayt adasının sahilində həvəskar arxeoloq tərəfindən pterozavrlar dəstəsinin qədim tapeyaridlər fəsiləsi nümayəndəsinin çənə sümüyündən kiçik bir hissə aşkarlanıb. BBC-nin məlumatına görə, bu, Britaniya adalarında qeyd olunan fəsilənin ilk nümayəndəsidir.

EDNews.net  AZƏRTAC-a istinadən bildirir ki, Portsmut Universitetinin professoru Devid Martilin fikrincə, bu nümunə adada tapılmış dinozavrların və digər qədim sürünənlərin çoxsaylı qalıqlarını tamamlayıb. Ümumiyyətlə, sözügedən ərazi Təbaşir dövrü dinozavrlarının tədqiqi baxımından dünyada ən mühüm yerlərdən biridir.

Alimlər bildirirlər ki, əvvəllər tapeyaridlər dəstəsinin nümayəndələrini Çində və Braziliyada tapırdılar, lakin Britaniya adalarında yox. İndi isə bu sürünənlərin arealının əvvəl güman edildiyindən də geniş olduğu fikrini söyləmək mümkündür.

Portsmut Universitetinin aspirant-paleontoloqu Meqan Ceykobs bildirib ki, o, həvəskar arxeoloqun tapdığı nümunədə "tapeyaridlər üçün xarakterik, üstündə çoxsaylı, xırda-xırda deşikli (qidanı müəyyən edən hissiyyat orqanları üçün) çənəni" dərhal tanıyıb. Sonra daşlaşmış qalığın növ mənsubiyyəti Portsmut Universitetində təsdiqlənib və Sandaun adasında Dinozavrlar muzeyinə verilib.

Tapeyaridlər Yer üzündə təqribən 125-71,1 milyon il əvvəl yaşayıblar. Onların qeyri-adi görkəmi olub. Meqan Ceykobsun sözlərinə görə, Çində və Braziliyada tapılmış daha tam qalıqlara əsasən, bu canlıların başlarında ölçüsü bəzən kəllədən iki dəfə böyük pipik olub. Güman ki, bu cür pipiklər parlaq rəngdə olub və tapeyaridlərdə cinsi dimorfizm rolunu oynayıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...