Aprel ayında İslamı qəbul etmiş avstriyalı qarışıq döyüş (“MMA”) ustası Vilhelm Ott sosial şəbəkədə abunəçilərinə evliliyi barədə danışıb.
EDNews.net bu haqda İslam saytlarına istinadla xəbər verir.
Güləşçi “İnstaqram” səhifəsində sevgilisi ilə evlənməsi barədə bir şərh yerləşdirib.
İdmançının həyat yoldaşı Mişel Birringer müsəlmandır və hicab geyinir.
Vilhelm və Mişelin toyu mayın 30-da baş tutub.
“Assalamu aleykum və rahmatullahi va barakatuh. Bu gün biz “hə” dedik. Allahu Əkbər. Hər kəsə təşəkkür edirəm! ” - deyə keçmiş xristian döyüş ustası yazıb. Yerli müsəlman təşkilatı yeni evlənənlərə kiçik bir Həcc –Ümrə ziyarəti üçün göndəriş verib. Cütlük karantin məhdudiyyətləri qaldırıldıqdan sonra Məkkəni ziyarət edə biləcək.(moderator.az)