ABŞ polisi diz çökür | Eurasia Diary - ednews.net

4 İyul, Şənbə


ABŞ polisi diz çökür

Maraqlı A- A A+
ABŞ-da ağdərili polisin qaradərili vətəndaş Corc Floydu boğub öldürməsinə etiraz olaraq başlanan kütləvi aksiyalar davam edir. Bu arada polislərin və hərbçilərin etirazçılara müxtəlif jestlərlə dəstəyi get-gedə artır. 
 
"EDNews.net"in məlumatına görə, iyunun 2-də Tennessi ştatında Milli Qvardiyanın əsgərləri qalxanlarını yerə atıb mitinqçilərin qarşısında ehtiram göstəriblər. 
 
İyunun 3-də növbəti hadisə Miçiqan ştatında baş verib. Miçiqanın Cenessi dairəsi polisinin şerifi aksiyaçılara qoşularaq Corc Floydun öldürülməsinə etiraz edib. 
 
İyunun 4-də isə Kaliforniya ştatının Santa-Krus şəhərinin polisləri etirazçı kütləyə hücum etməkdən imtina ediblər və küçədə mitinqçilərin qarşısında diz çöküblər. Xalq bunu alqışlarla qarşılayıb. Alqışlanandan sonra polislər sakitcə sıraya düzülərək hərəkətsiz dayanıblar. (moderator.az)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...