Bakıda karantini pozanlar polisi görüb evlərinə qaçdı - VİDEO | Eurasia Diary - ednews.net

10 İyul, Cümə


Bakıda karantini pozanlar polisi görüb evlərinə qaçdı - VİDEO

Maraqlı A- A A+

Xəbər verdiyimiz kimi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt karantin rejiminə başlanılıb. Ancaq bəzi paytaxt sakinləri heç də bu qadağa ilə barışmaq niyyətində deyillər.

EDNews.net oxu.az-a istinadən xəbər verir ki, Bakıdakı məhəllələrdən birində sakinlər kütləvi şəkildə həyətə çıxıblar. Bu zaman isə xidmətdə olan Post Patrul Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər.

Polis avtomobilinin səsini eşidən “qayda pozucular” isə sürətlə evlərinə doluşublar.

Əksər hissəni uşaqların təşkil etdiyi kütlənin təlaşlı anları maraqlı görüntülərə səbəb olub.

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...