120 min əhalisi olan İtalyanın Berqamo şəhəri dünyada koronavirusdan ən çox ziyan görən şəhərdir...
120 min əhalisi olan İtalyanın Berqamo şəhəri dünyada koronavirusdan ən çox ziyan görən şəhərdir.
Bu barədə şəhər meri Giorgio Qori məlumat verib.
Rəsmi məlumatlara görə, Berqamo əyalətində 13 min yoluxma hadisəsi, azı 2700-2800 ölüm hadisəsi qeydə alınıb, şəhərdə 670 nəfər ölüb.
İnterAz xəbər verir ki, rəsmi şəxslər Berqamo və Nyu Yorkdakı ölüm hadisələrini müqayisə edərək, Berqamonun dünyanın COVID-19-dan ən çox ziyan görən şəhər olduğu qənaətinə gəlib. (Interaztv.com)