Kəşmirdəki qarşıdurmanları işıqlandıran müsəlman qadın fotojurnalist Masrat Zəhra nüfuzlu media fondunun "Fotojurnalistika-2020" mükafatını alıb.
Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, söhbət “Anja Niedringhaus Courage in Photojournalism-2020” mükafatından gedir.
1990-cı ildən bəri xanım jurnalistləri cəsarətlərinə görə mükafatlandıran “IWMF” Media Fondu tərəfindən bu məqsədlə hər il 20 min ABŞ dolları dəyərində vəsait ayrılır.
Müsabiqənin münsiflər heyətində bəyan edildiyi kimi, Zəhranın əsərləri Kəşmirdəki gerçək vəziyyəti çatdırır və çox böyük bir cəsarət tələb edir.
"Kəşmir kimi bir yerdə işləmək çox çətindir. Ancaq mükafat, Kəşmirdə çalışaraq həyatlarını riskə atan və daim təhdidlərlə üzləşən bütün jurnalistlərə bir hörmət ifadəsidir"-deyə müsəlman xanım fotojurnalist bildirib.