Sərt karantin rejiminin ilk günündə Bakıda maraqlı hadisə yaşanıb.
Paytaxtın mərkəzi küçələrindən birində insanlar eyvana çıxaraq polislər üçün mahnı oxuyublar.
Müğənni Röyanın ifasındakı “Polismen” mahnısını səsgücləndirici ilə küçəyə yayan sakinlər, eyni zamanda onu birağızdan səsləndiriblər. Həmin dəqiqələrdə küçədən karantin qaydalarına nəzarət edən polislər keçib.
EDNews.net musavat.com-a istinadən həmin görüntüləri təqdim edir: