Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata cavab olaraq əks-hücum əməliyyatına başladıq və ermənilərin mövqelərini darmadağın etdik.
Eurasia Diary-nin Hafta.az-a istinadən məlumatına görə, bunu Qarabağ müharibəsində Murov zirvəsinin düşməndən azad edilməsində iştirak edən mayor Anar Ramazanov deyib.
O bildirib ki, Murovdağ zirvəsinin azad olunması üçün 4 saat mübarizə aparıblar və döyüş zamanı ağır yarlanıb:
"Yarım saatdan sonra növbəti dəfə qəlpə yarası aldım. Şəxsi heyət mənə ilkin tibbi yardım göstərib düşmən olan ərazidən çıxardı. Bu müharibə ilə bütün dünya Azərbaycan Ordusunun gücünü gördü".