Bakıda Akvaterrarium yaradılır | Eurasia Diary - ednews.net

16 Yanvar, Şənbə


Bakıda Akvaterrarium yaradılır

Maraqlı A- A A+

Bakı Zooloji Parkının ərazisində ilk dəfə böyük bir akvaterrarium yaradılacaq.

Eurasia Diary xəbər verir ki, bu barədə parkın direktoru Azər Hüseynov “Sputnik Azərbaycan”a müsahibəsində deyib:

“Hazıda akvaterrariumda işlər gedir. O, Moskvanın Avrasiya Zooparklar və Akvariumlar Assosiasiyasının üzvü olan “Aqua Logo” şirkəti tərəfindən inşa edilir. Məncə, çox gözəl olacaq. Akvaterrariumda timsahlar, kaymanlar, ilanlar, varanlar yaşayacaq. Sonradan fərqli balıq növləri üçün iki böyük akvarium tikilməsi planlaşdırılır”.

O qeyd edib ki, bu günə qədər Azərbaycanda bir dənə də olsun böyük akvarium olmayıb:

“Dəhliz şəklində xüsusi bir müşahidə bölməsi tikiləcək”.

Hüseynovun sözlərinə görə, yeni sakinlər yaxın vaxtlarda təmir olunmuş zooparkda məskunlaşmağa başlayacaqlar.

Yeni zooparkın inşasına hələ 2018-ci ildə IDEA İctimai Birliyinin dəstəyi ilə başlanıb.

Yenidənqurmanın təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...