Ermənistan cəmiyyəti qaçırılmış "Boeing 737" markalı təyyarəsinin müzakirəsini apardığı vaxtda, Mülki Aviasiya Komitəsinin rəhbərinin Maldiv adalarından sədası gəlib.
Eurasia Diary xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.
"Komitə təyyarənin yerindən xəbərdardır və hazırda əlaqədar ölkələrin aviasiya orqanları ilə sıx əməkdaşlıq edir", deyə Komitədən bəyanat səsləndirilib.
Lakin Komitə rəhbəri Tatevik Revazyanın öz ailəsi ilə birlikdə Maldiv adalarında olduğu məlumatı yayılıb. Onun bu yaxınlarda qayıdacağı bildirilsə də, hələ də geri dönməyib.