"COVID-19 pasportu" - Dünya yeni mərhələyə keçir | Eurasia Diary - ednews.net

12 May, Çərşənbə


"COVID-19 pasportu" - Dünya yeni mərhələyə keçir

Maraqlı A- A A+

Koronavirus pandemiyası özü ilə bir sıra problemlər gətirməklə birgə insanaları yeni reallıqlara uyğunlaşmağa da məcbur edib. Dünya ölkələri gələcəkdə şəxsiyyət vəsiqəsi ilə yanaşı vacib sənədlər arasında "COVİD-19 pasportları"nın olmasını da nəzərdən keçirirlər. Bu cür təcrübə bir sıra ölkələrdə artıq tətbiq olunmaqdadır.

Eurasia Diary-nin Trend-ə istinadən məlumatına görə, Böyük Britaniyanın İdman naziri Naycl Hadiston deyib ki, əgər gələcəkdə yenidən normal həyata qayıtmaq, ticarət mərkəzləri, stadion, kinoteatr, idman zalları və bütün iş yerlərinin normal işləməsini istəyiriksə, mütləq şəkildə peyvənd olunmalıyıq:

"İnsanların bir arada toplaşmağını istəyiriksə, o zaman koronavirusu yayma riskimizin olmadığını sübut etməliyik. Bunu isə "COVİD-19 pasportu" ilə etmək mümkün olacaq".

Bir qrup mütəxəssislər düşünürlər ki, "COVİD-19 pasportu"nda xəstəliyin keçirilməsi, yaxud COVİD-19 testləri, peyvənd olunma barədə məlumatlar yer almalıdır. Bəziləri isə burada vaksin olunan şəxs barədə məlumatın olmasını da təklif edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...