“Qarabağdakı "erməni" adlanmış boyların çoxu vaxtilə xristianlığı qəbul etmiş türklər olub...”

Maraqlı 19:41 27.04.2021

“Türkmənçay müqaviləsindən sonra Azərbaycana gətirilən xristian haylar buradakı xristian ermənilərə qoşuldu və aparılan syasət sonucunda onlar da haylaşdı...”

“Qarabağın gerçək tarixi  yenidən yazılmalıdır...”

Professor Firudin Cəlilov Moderator.az əməkdaşıyla qısa söhbətində  yaxın gələcəkdə dinc, yanaşı yaşamağı planlaşdırdığımız “erməni” kimi tanıdığımız qövmün etnogenezi, etnopsixoloji xarakteri, onların əsil adının “hay” olmasından, Qərbi Azərbaycandakı ermənilərlə Qarabağ ermənilərinin mənşəyi və etnopsixologiyasındakı əsas fərqlərdən, onların öz aralarındakı ziddiyyətlərdən Qarabağdakı son zəfərimizdən sonra alimlərimiz qarşısında duran vəzifələrdən və s. bəhs edib.

 

-Firudin müəllim, siz uzun illər türk xalqlarının tarixini, etnogenezini araşdırmısız, bu mövzuda cild-cild kitablar yazmısız. Və özünüz də Qərbi Azərbaycanda doğulmuş, uşaqlığı orada keçmiş bir ziyalı kimi, yəqin ki, hələ min illər öncədən başımıza problemlər açan erməni qövmünün də etnogenezi, etnopsixoloji xarakteri ilə maraqlanmısınız. Sizcə, ermənilərlə yaxın gələcəkdə nəzərdə tutulan qonşuluqda və işğaldan yeni azad olunmuş ərazilərimizdə - Yuxarı Qarabağda “dinc yanaşı yaşama” problemini həll edə biləcəyikmi? 

-Ermənilərin, daha doğrusu, hayların dilini və tarixini Universitetdə oxuyanda öyrənmişəm. Sonrakı illərdə apardığım araşdırmalarda mənə aydın oldu ki, «Erməni tarixi» adı ilə yayılan kitabların ilkin variantlarında «erməni» sözü yoxdur, V əsrdə M.Xorenatsinin yazdığı tarix kitabından üzübəri, XVIII-XIX əsrlərə qədər yazılan kitablarda erməni yerinə hay adı keçir. Beləliklə, bəlli oldu ki, orijinalda «Hay tarixi», «Hay xalqının tarixi» kimi yazılan adlar o kitabların başqa dillərə tərcüməsində «Erməni tarixi», «Erməni xalqının tarixi» adı ilə verilir. Halbuki, qədim subar boylarının bir qolu olan ermən adlı türk boyunun Van gölü civarında yaşadığı kiçik Ermən bölgəsində haylar yox idi. Vaxtilə Balkanlardan Anadoluya gələn haylar çox sonralar Ermən bölgəsinə sızmışdı. Buraya müxtəlif çağlarda Hindistandan gələn qaraçılarla və İrandan gələn farslarla qaynayıb-qarışan hayların sayı çoxalmışdı. Bu gün də özlərinə “hay” deyən bu xalq tarix boyu “ermən” adını daşımamışdır...

Bu ad dəyişmə olayının gerçək səbəbi isə imperialist Pusiya və Avropa dövlətlərinin Türkiyə ilə Azərbaycan arasında xristian bir dövlətin yaradılması planı idi və bunu 1918-1920-ci illərdə gerçəkləşdirə bildilər. Qarabağ problemi də həmin siyasətin sonucu kimi gündəmə gəlmişdir. Yəni, bundan sonra da ermənilərlə “dinc yanaşı yaşama” probleminə məhz bu kontekstdə yanaşmaq gərəkdir...

-Qərbi Azərbaycandakı ermənilərlə Qarabağ ermənilərinin mənşəyi və etnopsixologiyasındakı əsas fərqlər nədən ibarətdir?

-Öncə İrəvan hayları ilə Qarabağ ermənilərinin fərqli soykökü olmasını bilməmiz lazımdır. "Erməni" adlanan yerli  boyların çoxu vaxtilə xristianlığı qəbul etmiş xristian alban, qıpçaq, qarqar və sair türklər idi və o dönəmlərdə «erməni» sözü artıq xristianlığın bir məzhəbi adına çevrilmişdi. Artıq erməni adı altında türk, tat, kürd boyları vardı. Vaxtilə buraları fəth edən ərəblər kimi, ruslar da Alban kilsələrini hayların himayəsinə vermişdı. Türkmənçay müqaviləsindən sonra Azərbaycana gətirilən xristian haylar buradakı xristian ermənilərə qoşuldu və aparılan siyasət sonucunda onlar da haylaşdı...

 

-Qarabağ klanı ilə Ermənistan klanı arasındakı ziddiyyətlər əsas nələrdən qaynaqlanır? 

- İrəvan hayları Qarabağ ermənilərinin «dönmə hay» olduğunu bilir və bunu gizlətmirlər və onlara «şurdvats hay» (dönmə hay) deyirlər. Hələ də türk soyadı daşıyan qarabağlı ermənilər öz aqressivliyi ilə fərqlənir. Köçəryandan Paşinyan dönəminə qədər hakimiyyətdə olan Qarabağ klanı dönəmində traybalizm və korrupsiya Ermənistanı çökdürmüşdür... 

 

-Onların bizə - Azərbaycan türklərinə münasibətlərində də fərqlər var, eləmi? 

- Qarabağ klanı Azərbaycan xalqına qarşı da çox aqressivdir və bunun müsəlman-xristian yöntəmli səbəbi vardır. Ümumiyyətlə, dönmə xalqlar daha aqressiv olur...

 

-Azərbaycan Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasındakı ziddiyyətlərdən və bizə münasibətdəki fərqlərdən necə yararlana bilər? 

-Bunun üçün hakimiyətdə olanlar ən azı bölgənin 2500 illik tarixini, özəlliklə, son 1500 illik xristian və İslam tarixini öyrənməlidir. Azərbaycan Prezidentinin müsahibələrində səsləndirdiyi İrəvan xanlığının və Zəngəzur mahalının tarixi məsələləri çox önəmlidir. Təəsüf ki, diplomatlarımızın çoxu bu mövzulardan xəbərsizdir. Bir örnək verim: Hay tarixində ilk hay hökmdarı sayılan Artaşesin (Ərtaşın) 2200 il öncə sınır daşı üzərində türk dilindəki yazısını ilk dəfə otuz il öncə oxudum və bunu tanınmış türkoloqlar qəbul etdi, ancaq Azərbaycanda bunu görməzdən gəldilər, görünür, 5-ci kalon hələ də öz işini görür...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Hamısı