Düşmənin Su-25 təyyarəsi necə məhv edildi? - Elçin Quliyevdən açıqlama | Eurasia Diary - ednews.net

14 İyun, Bazar ertəsi


Düşmənin Su-25 təyyarəsi necə məhv edildi? - Elçin Quliyevdən açıqlama

Maraqlı A- A A+

"Döyüş əməliyyatlarının ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad ediblər".

Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev deyib.

"Sərhədçilər 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv edib, Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı sancıb, qızğın döyüşlər nəticəsində Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad ediblər.

Bu yüksəkliklərin azad edilməsi uğrunda döyüşlər zamanı bölmələrimizin üzərinə havadan həmlə edən SU-25 düşmən təyyarəsinin atıcı silahlardan açılan atəşlə məhv edilməsi də hərb tariximizə həkk olunub.

AN-2 təyyarələrinin pilotsuz uçuş aparatları kimi modernləşdirilərək müasir döyüş elementləri sırasına əlavə edilməsi və xüsusi tətbiqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemlərinin və digər strateji hədəflərinin aşkarlanaraq məhv edilməsinə nail olunub", - o bildirib.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...