İsraildə elm adamları 100 min il əvvəl yaşamış yeni insan növü kəşf ediblər.
Eurasia Diary xəbər verir ki, aparılan araşdırmalar nəticəsində kəşf olunan yeni insan növünün neandertallardan və Asiyadakı digər insanlardan daha qədim olduğu ortaya çıxıb.
Bəzi alimlər “Nesher Ramlo Homo” adı verilən bu insan növünün neandertalların ulu babaları olduğunu düşünürlər.