Ordumuz Vətən Müharibəsində KORAL-dan PUA-lara qarşı necə istifadə edib Hərbi ekspert

Maraqlı 21:17 06.08.2021
Azərbaycan Ordusu Vətən Müharibəsi zamanı bir çox silah sistemlərini ilk dəfə olaraq döyüş əməliyyatlarında tətbiq etməklə adını hərb tarixinə yazdırdı. Onlardan biri də Türkiyədən əldə etdiyimiz KORAL kompleksidir.
 
Hazırlanması
 
KORAL mobil kompleks olaraq Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarına uyğun olaraq hazırlanıb. Əsas podratçısı ASELSAN şirkətidir, digər subpodratçıların sayı isə 50-dən çoxdur. KORAL silahlanmaya qəbul edilməzdən əvvəl 1000 fərqli sınaqdan keçirilib. 2015-ci ildə Rusiyaya məxsus "Su-24" təyyarəsinin vurulmasından sonra Türkiyə Suriya ilə sərhəddə KORAL-dan istifadəyə başladı. Sınaqları uğurla başa vurduqdan sonra 2016 -cı ilin fevral ayında KORAL Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilib.
 
Təyinatı
 
KORAL Türkiyənin daxili imkanları hesabına istehsal olunan mobil radioelektron mübarizə kompleksidir. NATO standartlarına uyğun hazırlanan kompleksinin əsas təyinatı düşmənin radioelektron vasitələrinə maneələr yaradaraq onların funksiyalarını yerinə yetirməsinə maneə yaratmaqdan ibarətdir. 
 
Kompleksin tərkibi
 
KORAL kompleksi 2 əsas alt sistemdən ibarətdir. KORAL ED adlanan Elektron Dəstək Sistemi, düşmənin radarlarının fəaliyyətini aşkarlayır və onları izləyir. Radarı aşkarlandıqdan sonra onun tezlikləri təyin edilir. Kompleksin tərkibində 1 ədəd KORAL ED sistemi mövcuddur.
KORAL ET adlanan Elektron Hücum Sistemi isə düşmən radarlarının siqnallarını basdırmaq üçün nəzərdə tutulur. Bu funksiyalar düşmən radarlarına qarşı çox təsirli nəticə verir. Kompleksin tərkibində 4 ədəd KORAL ET sistemi mövcuddur.
Kompleksə daxil olan sistemlər 8x8 təkər formulasına malik taktiki avtomobil üzərində quraşdırılıb. Kompleks müvafiq NATO standartlarına uyğundur.
 
Modifikasiyası
 
Vətən Müharibəsinin başa çatmasından iki gün sonra ASELSAN şirkətində keçirilən mərasimdə çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, KORAL kompleksinin yeni versiyasının hazırlandığını açıqlaması, bu vasitənin imkanlarına malik olan düşmənlərimizin dərin narahatlığına səbəb oldu. 
 
Əlavə funksiyaları
 
KORAL ilə birlikdə istifadə olunan "Planlama ve Analiz" proqramlarının mövcudluğu REM əməliyyatlarında çox vacib bir əhəmiyyət daşıyır. Bu proqramın sayəsində əməliyyat bölgəsinə aid məlumatlar və hazırlıqlar əvvəlcədən sistemə yüklənə bilir. Əməliyyat zamanı qeyd edilən siqnalların detallı analizi aparılır, sistemdəki "yaddaş kitabxanası" daim yenilənir.
 
İmkanları
 
KORAL kompleksi döyüş əməliyyatlarının dəstəklənməsində mühüm rol oynayır. Gələcəyin müdafiə texnologiyası hesab edilən bu tip komplekslər çox az sayda ölkələr tərəfindən istehsal edilir. Kompleks düşmən radarlarını kor etmək, aldatmaq və çaşdırmaq imkanlarına malikdir. 
Rəqib ölkələrin HHM sistemlərində mühüm problemlər yarada bilən kompleksin Rusiyanın müasir ZRK-ları qarşısında da olduqca güclü təsirə malik olduğu da məlumdur. Rusiyalı mütəxəssislərin özləri də KORAL-ın S-400 komplekslərinin 30% funksiyasını basdıra bildiyini etiraf ediblər.
Elektron Dəstək Sistemi kompleksin axtarış və aşkarlama funksiyalarını, Elektron Hücum Sistemi (KORAL ET) isə düşmən radarlarının fəaliyyətinin əngəllənməsi funksiyası yerinə yetirir.
Yüksək keçicilik qabiliyyətinə malik taktiki şassi üzərində yerləşməsi kompleksin ən çətin ərazilərdə hərəkətini və minimal müddətdə yerdəyişməsini təmin edir.  
 
Taktiki texniki xüsusiyyətləri
 
Taktiki-texniki göstəricilərinə görə ilkin standart versiyada KORAL 100 kilometrdən çox məsafədə fəaliyyət göstərir. Ən azı iki modifikasiyaya malik komplekslərin taktiki iexniki xüsusiyyətləri tam məxfi saxlanılır və bu da anlaşılandır. Ehtimal olaraq yalnız son versiyanın əhatə dairəsinin iki dəfəyə qədər artırıldığını deyə bilərəm. Məlum olan ümumi xüsusiyyətlər isə aşağıdakılardır.
 
KORAL ED: 
 
- Modulyar sistem dizaynına;
- Geniş tezlik və yüksək həssaslıq səviyyəli qəbuledici arxitekturasına; 
- Yüksək aşkarlama ehtimalını təmin edən imkanlara;
- Yüksək parametr ölçmə dəqiqliyinə;
- Avtomatik rejimdə və operator tərəfindən idarə olunan təhdid identifikasiyası qabiliyətinə;
- Yüksək sürətli sistem reaksiyasına;
- İntensiv yayım mühitində işləmək bacarığına;
- Hədəf istiqamətini yüksək dəqiqliklə tapmaq imkanına;
- Çox sistemli birgə fəaliyyət ilə yüksək dəqiqlikli hədəf
koordinatlarını (pelenqi) təyin etmək imkanına malikdir. 
 
KORAL ET:
 
- Modulyar sistem dizaynına;
- İnteqrasiya edilən qəbulediciyə, texniki emal və rəqəmsal RF yaddaş blokuna;
- Aktiv elektron şüa taramasını təmin edən mərhələli anten qurğusuna və çoxsaylı gücləndiricilərə;
- Yüksək çıxış gücünə;
- Geniş tezlik və istiqamət əhatə dairəsinə;
- Yüksək parametr ölçmə dəqiqliyinə;
- Avtomatik rejimdə və operator tərəfindən idarə olunan təhdid basdırma qabiliyətinə;
- Çox sayda hədəfi paralel qarışdırma və aldatma qabiliyyətinə;
- Yüksək sürətli sistem reaksiyasına malikdir. 
 
Kompleksin ətraf mühit xüsusiyyətləri
 
- Fəaliyyət temperaturu: -30 ° C / +50 ° C;
- Anbarda saxlama temperaturu: -40 ° C / +60 ° C;
- Rütubət: 95%
- Ətraf mühit standartı: MIL-STD-810F;
- Elektromaqnit uyğunluq standartı: MIL-STD-461 E / MIL-STD-464 A.
 
Sınaqları 
 
Kompleksin sınaqlardan keçirilməsi üçün, onun Suriya sərhədində yerləşən Hatay vilayətində və Yunanıstanla sərhəddə - Egey dənizi sahillərində yerləşdirilməsi daha əvvəllər məlum idi. Bu yolla Türkiyə Silahlı Qüvvələri düşmənin yerüstü, dəniz və aviasiya radarlarını basdırmaq və qarışdırmaq üçün strateji imkanlarını real vəziyyətdə yoxlamaq istəyirdi. Bu məqsədlə kompleksin Rusiya təyyarələrinə və ZRK-larına qarşı sınaqdan keçirildiyi barədə məlumatlar da mövcuddur. 
 
Döyüşlərdə tətbiqi
 
Komplekslərin döyüş əməliyyatları zonasında tətbiqi nəticəsində Rusiya təyyarələri Suriyadakı YPG düşərgələrinə səhvən 4 dəfə zərbə endirdiyi də iddia olunur. Rus təyyarələrinin müttəfiq Əsəd qüvvələrinə zərbələr endirməsini rəsmi Dəməşqin təsdiq etməsi, bu iddiaların daha çox həqiqətə uyğun olduğunu göstərir. Nəticədə Rusiya həmin ərazilərdə özünün "Krasuxa" REM vasitələrini yerləşdirdi. 
 
Hazırda KORAL həm Türkiyənin Suriya ilə, həm də Azərbaycanın Ermənistanla sərhədində düşmən tərəfindən törədilə biləcək mümkün təhdidlərə qarşı aktiv fəaliyyət göstərir. Azərbaycan Ordusu bu komplekslərdən Vətən Müharibəsində effektiv vasitə kimi də istifadə edib. Mobil şassi üzərində quraşdırılan KORAL kompleksinin köməyi ilə Ordumuz Ermənistanın PUA-larına və digər radioelektron bloka malik vasitələrinə maneələr yaratmaqla, onların döyüş əməliyyat teatrında funksiyalarını yerinə yetirməsinə kifayət qədər ciddi maneələr yarada bildilər.
 
Hərbi ekspert, Ədalət Verdiyev
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Hamısı