Mən hələ o yorğanların pulunu ödəməmişəm... Mstislav Rostropoviçdən təsirli hekayə…

Maraqlı 23:42 10.08.2021

Əlavə edəcək bir şey yoxdu. Sadəcə ağlamalıdı...

Mstislav Rostropoviçin şəxsiyyət kimi cəlbediciliyi hamını heyrətləndirirdi və hətta onunla bircə dəfə təmasda olanlar da laqeyd qalmırdı. Asanlıqla dostlar qazanar, eyni rahatlıqla da onları hər hansı bir çılğınlığa cəlb edərdi. Məsələn, 1989-cu ildə Berlin divarı uçurulanda dostu olan fransız bankir Antuan Ribunu özü ilə bərabər Almaniyanın paytaxtına uçmağa məcbur etmişdı. Hardansa bir stul tapıb əyləşən musiqiçi totalitar  xarabalıqlar fonunda Baxdan bir əsər səsləndirmişdi.

Həyatı musiqidən ayırmazdı və itaətkar bir ifaçı deyildi. Təəccüblü deyil ki, "fərqli düşünmək", "fərqli fikir" demək çətin olduğu bir vaxtda Mstislav Leopoldoviç əvvəlcə filarmoniyalarda ifa etmək hüququndan məhrum edildi və 1974-cü ildə ölkədən qovuldu...

EDNews.net xəbər verir ki, Moderator.az dünya şöhrətli həmyerlimiz Rostropoviçin danışdığı çox təsirli bir hekayəni oxucularıyla bölüşür... Əlavə edəcək bir şey yoxdu. Sadəcə ağlamalıdı...

"1942-ci ildə atam evakuasiya zamanı öldükdə depressiyaya düşdüm, artıq yaşamaq istəmirdim. Məhz o zaman Kiçik Opera və Balet Teatrının artistləri məni özləriylə qastrol səfərlərinə aparmağa başladılar. Onlar məni xilas etmək istədilər. Qışda, dəhşətli soyuqda, səkkiz nömrəli dövlətə məxsus violonçeli kürəyində daşıyan bir oğlanla Orsk şəhərinə getdilər.

Altı nəfər idik, hamını adla xatırlayıram. Solist Olqa Nikolayevna Qolovina, pianoçu İzya Rubanenko, müşayiətçi, tenor, sonradan mənə qəyyumluq edəcək Boris Osipoviç Geft, Kolya Sokolov və Svetlana Şeina - balet cütlüyü, böyüklər, əməkdar artistlər var idi. Və mən. Ümumi vaqona girdik, mənə böyür yataq düşdü, bütün gecəni yol getdiyim üçün yerimə uzandım. Və dərhal vaqonun işıqların söndürdülər, böyüklərin hər biri soyunmağa deyil, əksinə, üstdən nəsə əlavə bir şey geyinməyə başladı. Çünki bizə nazik yorğanlar verilmişdi.

Mənim üstdən geyməyə bir şeyimin olmaması bir yana, əynimdəki paltarlar da nimdaş idi. Yorğanımın altında büzüşdüm və qatar tərpəndi. Heç cür isinə bilmirdim, vaqon isə getdikcə daha da soyuyurdu. Gecə, qaranlıq, cəhənnəmin bir dairəsində olduğu kimi, ölən ata arxada, bilinməyən qabaqdadır, heç kimə lazımsız biri kimi harasa gedirəm. Yadımdadı, fikirləşirdim ki, bu gecə yuxuda ölsəm, necə də yaxşı olar... Və daha soyuğa müqavimət göstərmədim.

Tam qaranlıqda oyandım, çünki mənə çox istiydi. Nədənsə yorğanım qalın və ağır idi. Qaranlıqda barmaqlarımla onu yoxladım və üstümdə ümumilikdə altı yorğan olduğunu saydım. Yol yoldaşlarım bir-birindən xəbərsiz öz yorğanını mənim üstümə atmışdı.

Sonralar məni vətəndaşlıqdan məhrum edəndə məndən qəzəb tələb edən dostlarıma dedim: mən hələ o yorğanların pulunu ödəməmişəm. Və bəlkə də heç vaxt ödəyə bilməyəcəyəm. Məni hər gün isidən bu beş sənətçi, atam və başqa bir çoxlarıdır – bax, budur mənim ölkəm və mən ona hələ də borcluyam”.

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Hamısı