“Yüz qorçu türk hərb meydanında min digər döyüşçüyə bərabər sayılırdı...”

Maraqlı 22:18 14.08.2021
“Ən cəsur özbək xanlarından olan Ubeydullah Xorasan uğrunda döyüşlərdən birində Şah I Təhmasibin cəmi bir qorçusunu qarşısında görən kimi qaçmağa üstünlük vermişdi...” 
 
EDNews.net Moderator.az-a istinadən Milli Kimlik Araşdırmaları qrupunun üzvü Araz Şəhrilinin “Səfəvi qorçuları- Bakı qoçuları” başlıqlı növbəti yazısını təqdim edir:
 
“Qorçu” adlı bölüklər və vəzifələr Qaraxanlı və Monqol imperiyalarında da mövcud olmuşdur. Monqol qorçuları xaqanı mühafizə edirdilər. Eyni vəzifəni Cəlairi qorçuları da yerinə yetirirdilər. Qaraqoyunlularda qorçu vəzifəsinin olduğunu bilsək də, qorçulardan ibarət qoşun növünün mövcudluğu barədə informasiyaya malik deyilik. Ağqoyunlu qorçuları haqqında məlumata isə bu dövlətin süqutundan təxminən 150 il sonra yazılmış bir əsərdə rast gəlirik. Buna görə də tədqiqatçılar onun doğruluğuna şübhə ilə yanaşırlar. Lakin Sultan Uzun Həsənin salnaməçisi Əbu Bəkr Tehrani ağqoyunlularla qaraqoyunlular arasında baş vermiş döyüşlərdən birini təsvir edərkən Ağqoyunlu sərkərdəsi Ağabəy Qorçunun adını çəkmişdir.
 
 
Haşiyə: Bəzən bu sözün etimologiyasını monqol dilindəki “xorçin” (zireh) sözü ilə izah edirlər. Lakin, fikrimizcə, istər “xorçin” sözünün, istərsə də italyan dilindəki “guardia” (mühafizə), ingilis dilindəki “guard” (mühafizə), “church” (kilsə), rus dilindəki “хранить” (qorumaq), “хоронить” (basdırmaq), “охрана” (mühafizə) sözlərinin mənşəyi türk dilindəki “qoru”, “qoruq” sözləri ilə, o isə, öz növbəsində, “qor” (işıq), “xur” (günəş) sözləri və müqəddəslik simvolları ilə birbaşa bağlıdır.
 
 
Səfəvilər imperiyasının “Qorçular” təsisatı yerinə yetirdiyi funksiyalara və keyfiyyətinə görə Monqol imperiyasının qorçularından daha üstün idi. Onların sayına gəlincə, bu təşkilatın 4.500, 5.000, 6.000, 6.700 və ya 10.000 döyüşçüdən ibarət olduğunu göstərən məlumatlar mövcuddur. Səfəvi qorçuları yüksək döyüş hazırlığı keçir, o dövrün bütün silah növlərindən məharətlə istifadə etməyi, at üstündə və piyada vuruşmağı bacarırdılar. Qorçular çox uzun bığları və fiziki göstəriciləri ilə seçilirdilər. İsgəndər bəy Münşi yazır ki, “yüz qorçu hərb meydanında min digər döyüşçüyə bərabər sayılırdı”. Ən şücaətli özbək xanlarından olan Ubeydullah Xorasan uğrunda döyüşlərdən birində Şah I Təhmasibin cəmi bir qorçusunu qarşısında görən kimi qaçmağa üstünlük vermişdi. Halbuki ölkə başçısı kimi fiziki mühafizəsi, sözsüz ki, müəyyən səviyyədə təmin olunmuşdu. Yəqin ki, mühafizəçilər də anlayırdılar ki, qorçu ilə döyüşdən sağ çıxmayacaqlar. Sonra nə baş vermişdi, bunu bilmirik. Onlar xanı xilas etmək üçün fədakarlıqla irəli atılmış və həlak olmuşdular, yoxsa döyüş meydanını tərk edib qaçmışdılar?! Bəlli olan budur ki, qızılbaş bahadırı vahimə içində aradan çıxmağa çalışan xanı təqib edib qılınc zərbəsi ilə onu yaralamışdı. Yalnız atının daha sürətli olması Ubeydullah xanı son anda ölümün cəngindən qurtarmışdı. Qorçuların mənəvi və fiziki hazırlığının hansı səviyyədə olduğu bu epizoddan aydın görünür. 
 
Qeyd: İctimai təzahür kimi XIX əsrin ortalarından yayılmış “qoçu”luq, zənnimizcə, “qorçu”dan yaranmışdır.  
 
Moderator.az-dan əlavə məlumat:
 
 
Tarixən indiki Azərbaycan Respublikası və qədim Qərbi Azərbaycan torpaqlarında “qorçu” adı ilə bağlı toponimlər yaranıb. Hazırda Laçın rayonunda Qorçu kəndi var.  Qərbi Azərbaycanın İrəvan əyaləti, Dərəçiçək nahiyəsi, sonradan İrəvan quberniyasının Yeni Bəyazid qəzası olan, indi qondarma Ermənistanın Axta (Razdan) rayonu ərazisində isə Qorçulu kəndi olub...
 
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO

Xəbər xətti

BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Hamısı