ABŞ-ın "SpaceX" şirkətinin rəhbəri İlon Mask, "Starship" kosmik gəmisinin 2024-cü ildən əvvəl astronavtları Aya endirə biləcəyini düşünür.
EDNews.net xəbər verir ki, bunu Mask "Twitter" hesabinda yazıb.
Gəminin 2024-cü ildə Yer peykinin səthinə ekipaj endirməyə hazır olub-olmayacağını soruşan sosial şəbəkə istifadəçisinə, Musk "Bəlkə də daha əvvəl" cavab verib.
ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) Baş Müfəttişi Pol Martin çərşənbə axşamı bildirib ki, 2024 -cü ildə astronavtın Aya enməsi, kosmik kostyumların hazırlanmasının gecikməsi səbəbindən mümkün deyil. Mask, bununla bağlı NASA-ya kömək təklif edib.