“The Beatles” qrupunun solo gitaraçısı Corc Harrisonun uşaqlıq çağlarında Liverpul şəhəri yaxınlığında yaşadığı evi hərraca qoyulacaq.
EDNews.net AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə “Omega Auctions” hərrac evinin kataloqunda edilən qeydlərdən məlum olub.
Upton Street 24 ünvanında yerləşən əmlakın təxmini dəyəri 160-200 min funtsterlinq arasındadır. Harrisonlar ailəsi bu evə 1950-ci ildə, Corcun altı yaşı olanda köçüb. Gələcək gitaraçı burada 1962-ci ilə qədər yaşayıb və qrupun “Please, please me” albomu çıxandan bir il sonra yaşayış yerini dəyişib.
Qeyd edək ki, “The Beatles Collection” adlı onlayn hərrac sentyabrın 28-də keçiriləcək.