Bir şəklin tarixçəsi Erməni qadının çiyninə çıxan məşhur azərbaycanlı XANƏNDƏ

Maraqlı 21:19 14.09.2021

İsa bulağı da Cıdır düzü kimi Şuşa şəhərinin əsas simvollarından sayılır. Suyu buz kimi soyuq, göz yaşı kimi duru və şəfalı olan İsa bulağı hələ uzun illər öncə istirahət məkanı kimi ad-san qazanıb. Vaxtilə Azərbaycanın hər yerindən İsa bulağını məxsusi görmək üçün Şuşaya gələnlər olardı.
Şuşa şəhərindən təxminən iki kilometr aralıda - meşədə yerləşən bulaq, bəzi məlumatlara görə, XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır.

İsa bulağı bu günlərdə tam bərpa edilib. Bulağın su təminatı qaydaya salınıb,ətrafına mərmər daşlar döşənib.

30 il erməni tapdağı altında qalmış bulaq yenidən azərbaycanlıları qarşılamağa başlayıb.

Yəqin ki, Şuşa şəhəri tam abadlaşandan və burada yaşayış bərqərar olandan sonra İsa bulağı ən çox üz tutulan məkanlardan birinə
çevriləcək.

Vaxtilə İsa bulağında məclis təşkil edən yaşlı nəslin nümayəndələri bu istirahət məkanından söz düşəndə xanəndə Mürsəl Hacıyevi də mütləq ehtiramla xatırlayırlar. İsa bulağının daimi xanəndəsi Mürsəl kişini deyirik…

O, uzun illər İsa bulağına dincəlməyə gələnləri öz ifaları ilə əyləndirib… Hətta o zamanlar – 80-ci illərdə belə bir deyim varmış: İsa bulağına gəlib Mürsəl kişinin səsinə qulaq asmamaq günah sayılar...

Görüb-xatırlayanlar deyirlər ki, arıq, çəlimsiz, ortaboylu, başında həmişə günlüyü uzun kepkası olan Mürsəl Hacıyev qavalı elə şövqlə çalır, elə şirin səslə oxuyurmuş ki, dinləyənlər eyni mahnını ona bir neçə dəfə sifariş edirmişlər. Yaşı 100-ü haqlasa da, çevik hərəkətləri qocalığına, zəif vücuduna əsla uyğun gəlmirmiş. Qocaman xanəndənin səsində dünyaya göz açıb böyüdüyü Şuşaya, Şuşanın dağlarına sonsuz məhəbbət, vurğunluq duyulurmuş.

Deyirlər onun ifa etdiyi “Şuşanın dağları” mahnısı bir başqa aləmmiş…

Mürsəl kişi həm də baməzə adam kimi tanınırmış…

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu foto Mürsəl kişi ilə bağlıdır.

Zaman 1986-cı il… Məkan İsa bulağı… Anahit adlı erməni qadın Mürsəl kişini çiyninə alıb…

Yaşlıların dediyinə görə, erməni qadın Anahit də o vaxtlar Mürsəl kişi ilə birgə İsa bulağına dincəlməyə gələnlər üçün Azərbaycan mahnıları ifa edir, çörəkpulu qazanırmış… Bir gözü görməyən Anahit Mürsəl kişini özünə ustad hesab edib, onun vasitəsilə əli çörəyə çatıb.

Amma Anahitin mənsub olduğu nankor millətin nümayəndələri 80-ci illərin sonlarında Qarabağda qarışıqlıq salanda azərbaycanlılara qarşı min bir xain planlar gerçəkləşdirdilər.

Bəzi məlumatlara görə, 1988-ci ildə törədilən belə hadisələrin birində 110 yaşlı Mürsəl kişi də vəhşicəsinə qətlə yetirilmişdi.

Deyilənə görə, Mürsəl kişinin yoxluğundan sonra İsa bulağı yetim görsənirmiş…

Vaxtilə “Yazıçı” nəşriyyatında Həmkarlar İttifaqının sədri olmuş Mustafa Çəmənli Mürsəl Hacıyevlə bağlı xatirələrində yazır:

“…1984-cü ilin iyun ayı idi… Bir səhər 30 nəfər yığışıb Şuşaya yol aldıq… Günün batabat çağında Şuşaya çatdıq. Şuşanın saf havası, yaşıllığa bürünmüş uca dağların görüntüsü, quşların cəh-cəhi gərilmiş sinirlərimizi oxşayırdı...
…Şəhərin hər nöqtəsi bir tarix söyləyirdi: İbrahim xan kahası, Məlik Şahnəzər kahası, Şahnişin, Cıdır düzü, Dovtələb, Divanxana qabağı, Topxana...

…İsa bulağında kəsmək üçün toğlu alacaqdıq. Bir az üzüaşağı düşüb sürüsünü yamaca yaymış çobana yaxınlaşdıq. Münasib bir toğlunu sövdələşib aldıq…

…Elə həmin gün İsa bulağı başında məclis qurduq. İsa bulağı bizim şəxsimizdə bəlkə neçə mininci, milyonuncu qonaqlarını qəbul edirdi. İsa bulağında diqqətimizi cəlb eləyən qəribə adamlardan biri 100 yaşlı xanəndə Mürsəl Məşədi Süleyman oğlu idi. 1885-ci ildə anadan olmuş Mürsəl kişi Nikolayı taxtda, Lenin babanı qundaqda görmüşdü. Haqqında danışırdılar ki, hər gün şəhərdən 7-8 km məsafəni piyada İsa bulağına gəlir, gün batıb, İsa bulağının başından əl-ayaq yığışandan sonra yenə piyada Şuşaya – mənzilinə qayıdır. Mürsəl kişinin 100 yaşı olmasına baxmayaraq səsi yerindəydi və nəmərə oxuyurdu. Arada Mürsəl kişiyə yaxınlaşıb “hörmət” etdim və ondan köhnə bir el havası oxumasını xahiş etdim. Mürsəl kişi kamançaçı Şirinə “başla” işarəsi verib “Nar-nar” mahnısını yaşına yaraşmayan bir səslə oxumağa başladı:

 

Gəlin gedək bizim bağa,

Hərə çıxaq bir budağa,

Ləb-ləbə, dodaq-dodağa,

Ax nanı-nanı, narı-narı.

Ax nanı-nanı, narı-narı.

Doğrudan da, Mürsəl kişinin oxuduğu bu mahnını ancaq Xan Şuşinskinin ifasında radiodan eşitmişdim.

Mürsəl kişi mahnısını bitirdikdən sonra qavalının pərdəsi boşalmasın deyə plaşının altından kürəyinə yerləşdirdi. Mürsəl kişinin açıq havada gəzməkdən tunclaşmış qarayanız sifəti, uzun günlüklü şapkası, uzun çubuq qəlyanı, uzunboğaz çəkməsi dərhal diqqəti cəlb edirdi. Onun duruşu, baxışı, çubuq çəkməyi tabloya köçürüləsi mənzərəsiydi. O, keçmişinin şələsini hələ də kürəyindən yerə qoymamışdı... Bu qeyri-adi insan mənzərəsi rəssam Əliağa Məmmədovun nəzərindən yayınmadı, kürəyində günə verdiyi qavala görə əyri qəddini bir az da əymiş qoca xanəndənin eskizini çəkdi.

Nəhayət, biz də İsa bulağıyla “xudahafizləşib” şəhərə qayıtdıq…

Səhəri gün Vaqifin məqbərəsini, Nəvvabın və b. görkəmli şəxsiyyətlərin məzarlarını ziyarət etdik. Sonra bir neçə yoldaşla Cıdır düzünə getdik. Yamyaşıl çəmənliyə ayaq basmağa qıymırdıq, rəngbərəng xırda, yabanı çiçəklər göz oxşayırdı. Məşhur Xarıbülbül çiçəkləri də çəmənlikdə öz yerini tutmuşdu. Təbiətin bu Xarıbülbül möcüzəsi, öz quruluşu, görünüşü ilə doğrudan da adamı heyrətləndirirdi.

Cıdır düzündə dolaşdıqca adları bizə tanış olan və olmayan insanların bıçaqla daşa, qayaya, cızdıqları adlara rast gəlirdik. Belə görünürdü ki, Cıdır düzündə olmaq hər kəs üçün fəxrdir.

Cıdır düzünün ayağından axıb gedən Daşaltı çayından uşaqların oxumaq səsi gəlirdi:

Gəlin gedək Daşaltına gəzməyə,

Ördək olub o göllərdə üzməyə...

Nə bəxtəvər günlər idi.

O bəxtəvər, o Şuşalı günlərdən bizə bir şəkil qaldı. Axtarsan Cıdır düzündə çəkilşmiş bu cür şəkillər hər bir azərbaycanlının evində var. Axı Cıdır düzü xalqımızın igidlik, comərdlik simvoludur.

Biz Şuşadan ayrılanda ağlımıza da gəlməzdi ki, bir daha oranı görməyəcəyik. Cəmi dörd ildən sonra Qorbaçovun “Yenidənqurma”sı bizi azğınlaşmış daşnaklarla üz-üzə qoydu. Respublikanın hər bölgəsində al qumaşa bələnmiş şəhid məzarlıqları salındı. Torpağımızda mülk tikən gəlmələr üzümüzə ağ oldu. Şuşaya gedən yollar üzümüzə qapadıldı. Mənim ilkin yadıma düşən İsa bulağında “Nar-nar” mahnısını oxuyan yüz yaşlı xanəndə Mürsəl Məşədi Süleyman oğlu oldu. Dost-tanışdan eşitmişdim ki, daha İsa bulağı üstündə məclis qurulmasa da, o, hər gün İsa bulağına gedib-gəlirmiş. Axırda Mürsəl kişinin ürəyi qübar bağlayır. Bir axşam yenə İsa bulağından qayıdanda elə yoldaca canını tapşırır (1989). Bu müharibə dalğası illərlə bir yerdə çalışan, bir-birinin dərdinə-sərinə yarayan insanları, kollektivləri də pərəm-pərəm saldı. Zamanın irəli şütüyən qatarını saxlamağa kimsənin qüdrəti çatmadı”.

P.S. 1992-ci ilin 8 mayında işğal olunan Şuşa 28 ildən sonra - 2020-ci ilin 8 noyabrında azad olundu… Şübhəsiz ki, bu azadlıqla Mürsəl kişinin də ruhu dincilk tapdı…
Yəqin ki, hələ bundan sonra uzun müddət İsa bulağında uxumuş xanəndə Mürsəlin zəngulələri onu eşidib-görənlərin xatirindən silinməyəcək.

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
Hamısı