Misirdə fironlara aid ayin alətləri tapıldı - ednews.net

28 Oktyabr, Cümə axşamı

Misirdə fironlara aid ayin alətləri tapıldı

Maraqlı A- A A+

Misirin paytaxtı Qahirənin şimalında yerləşən Kəfr Əl-Şeyx ərazisindəki Fironlar Məbədində dini ayin zamanı istifadə edilən alətlər tapılıb.

EDNews.net xəbər verir ki, bu barədə Misirin Qədim Abidələr üzrə Ali Şurasının mətbuata açıqlamasında bildirilib.
Arxeoloqların məbədin ətrafında apardıqları qazıntılar zamanı Qədim Misirin Hasor ilahəsinə, Horus tanrısına ibadət zamanı kahinlərin istifadə etdikləri gil qablar, kiçik heykəllər, kürsü, təmiz qızıldan düzəldilmiş Udcat gözləri (tanrı Horusun gözləri) və digər qiymətli əşyalar aşkar edilib.
Arxeoloqlar bildiriblər ki, məbədin divarlarının qalıqları altından fil sümüyü ilə bəzədilmiş qadın zinət əşyaları, həmçinin üzərində heroqliflər, təbiət mənzərələri və heyvan rəsmləri olan lövhələr tapılıb. Bu tapıntılar da ayinlər zamanı istifadə olunub. Heroqliflərdə fironların 26-cı sülaləsinin hökmdarları I Psamtik, II Ahmos və Vaha Ip-Ranın adları yazılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...