Dünyanın ən böyük şəkil kitabı olaraq Ginnesin Rekordlar kitabına düşən, Nigeriyanın tarixini və mədəniyyətini özündə ehtiva edən "Nigeriyanı kəşf et" kitabı Nigeriya Prezidenti Məhəmməd Buxari tərəfindən təqdim edilib.
EDNews.net Kult.az -a istinadən xəbər verir ki, 60 kvadratmetrlik nəhəng şəkil kitabı Buxarinin fotoqrafı Bayo Omoboriovo tərəfindən hazırlanıb.