Braziliyalı 8 yaşlı Nikol Oliviera dünyanın ən gənc astronomu ola bilər.
EDNews.net Unikal.org-a istinadən xəbər verir ki, NASA proqramı ilə məşğul olan qız 18 asteroid aşkar edib.
Ekspertlər onların mövcudluğunu təsdiqləsələr, Oliviera 1998-ci ildə 18 yaşlı italiyalı Luici Sanninonun rekordunu yeniləyəcək.
Qeyd edək ki, 8 yaşlı Nikol beynəlxalq seminarlara baş çəkir və aparıcı alimlərlə görüşlərə gedir. O, asteroidlərə Braziliya alimlərinin və ailə üzvlərinin adlarını vermək istəyir.