"Ulduz yolu" filmində "Ceyms T.Kirk" obrazını canlandıran 90 yaşlı aktyor Uilyam Şetner kosmosa uçacaq.
EDNews.net istinadən xəbər verir ki, sənətçi milyarder Ceff Bezosa məxsus "Blue Origin" şirkətinin "Şepard" kosmik gəmisində fəzaya qalxacaq.
Onunla birlikdə şirkətin əməkdaşı Odri Pauers də olacaq.
Qeyd edək ki, bu, Şetnerin uzun illərdir arzusu idi. İndiyə qədər kosmosda olmuş ən yaşlı insan isə 82 yaşlı Uoli Funkdur.