Mustafa Kamal Atatürkün vəsiyyəti - Bankdakı pullarımı... - ednews.net

27 Yanvar, Cümə axşamı

Mustafa Kamal Atatürkün vəsiyyəti - Bankdakı pullarımı...

Maraqlı A- A A+
Bu gün Türkiyədə Cümhuriyyət Günü qeyd olunur. Müasir Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün həyatı və fəaliyyəti hər kəsə məlum olsa da, onunla bağlı ən az bilinən məsələlərdən biri də vəsiyyətidir.
 
EDNews.net Teleqraf.com-a istinadən cümhuriyyətin qurucunun vəsiyyətini təqdim edir.
 
1938-ci il sentyabrın 5-də Mustafa Kamal Atatürkün dəsti-xətti ilə yazılmış vəsiyyətnamənin məzmunu belədir:
 
“Sahib olduğum bütün maddi vəsaitlər və səhmlər, Çankayadakı daşınar və daşınmaz əmlakımı aşağıdakı şərtlərlə Cümhuriyyət Xalq Partiyasına verirəm və vəsiyyət edirəm:
 
1) Maddi vəsaitlər və səhmlərin sənədləri indi olduğu kimi Biznes Bankı tərəfindən dəyərləndiriləcək.
 
2) Hər ilki qazancdan mənə münasibətdə namuslarını qoruduqca, yaşadıqları müddətcə Məqbuləyə ayda 1000, Afətə 800, Sabiha Gökçənə 600, Ülküyə 200, Ruqiyyə və Nəbilə 100 lira verilsin.
 
3) Sabiha Gökçenə də ev alması üçün əlavə pul verilsin.
 
4) Maqbulə yaşadığı müddətcə Çankayadakı ev onun sərəncamında qalacaq.
 
5) İsmət İnönünün övladlarına ali təhsillərini başa vurmaları üçün yardım edilsin.
 
6) Hər il qazancdan qalan məbləğin yarısı Türk Tarix və Dil Qurumuna ayrılsın”.
 
Atatürkün yerini və tarixini bildirdiyi, öz əli ilə imzaladığı və yazdığı vəsiyyətnamədə orijinal sənədlər və fotoşəkillər də yer alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...