“Krımda bir xristian kilsəsinin divarında İmam Əlinin(s) təsvirini gördüm...” Araşdırma

Maraqlı 23:18 26.11.2021
“Bədxahları həmişə çalışmışlar ki, şair təbiətli mömin hökmdar Şah İsmayılı İmam Əli əleyhissəlama ifrat bağlılıqda və guya bundan qaynaqlanan məzhəbçilikdə “günahlandırsınlar...”
 
EDNews.net xəbər verir ki, Moderator.az Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrilinin “Şah İsmayıl Səfəvi və Həzrət Əli əleyhissəlama məhəbbət” başlıqlı növbəti araşdırma yazısını təqdim edir.
 
“Övliyalar, ənbiyalar çoxdurur, illa ki, sən,
Cümlədən əla imişsən, ya Əli, səndən mədəd.
 
Möminə irşad edirsən lütfü ehsanü kərəm,
Kafirə qovğa imişsən, ya Əli, səndən mədəd.
 
On səkkiz min aləmin sirdaş sən sirrindədir,
Mürşidi-bina imişsən, ya Əli, səndən mədəd...”
 
Yuxarıdakı misralar Böyük Azərbaycanın qurucusu, savaş meydanının arslanı, Allah övliyası, ulu xaqan Şah İsmayıl Səfəvinindir. Bədxahları həmişə çalışmışlar ki, haqsız yerə şair təbiətli mömin hökmdarı İmam Əli əleyhissəlama ifrat bağlılıqda və guya bundan qaynaqlanan məzhəbçilikdə “günahlandırsınlar”. Lakin onların heç bir zaman anlaya bilmədikləri və bundan sonra da dərk etməyəcəkləri bir həqiqət var: İmam Əli əleyhissəlama məhəbbət azərbaycanlının, türkün fitrətindədir.  Bu məhəbbəti Nizami Gəncəvi, İmadəddin Nəsimi, Muhəmməd Füzuli kimi nəhəng şairlərimiz də tərənnüm etmişlər...
 
Sözsüz ki, Əli obrazını zaman çərçivəsinə salmaq, onun qarşısında coğrafi, milli, hətta dini sərhədlər qoymaq mümkün deyildir. O, əslində, ümumbəşəri dəyərdir. Bu, inkarı mümkünsüz bir həqiqətdir. Amma onu da vurğulamalıyıq ki, azərbaycanlının, türkün Əliyə xüsusi məhəbbəti olmuşdur. Həm də Əli adının özü türkə və onun dilinə doğmadır...
 
Haşiyə. Qədim türk adlarından biri Alıdır. Fikrimizcə, Alı şəxs adı ilə türk dillərində “uca”, “böyük” mənalarını ifadə edən “ulu” sözü eyni mənşəyə malikdir. Qureyşilər arasında ən populyar adlardan biri Əli idi. Əli şəxs adı ərəb dilində “uca”, “böyük” mənalarında işlənən “ali” sözü ilə etimoloji cəhətdən bağlıdır. Maraqlıdır ki, Əli və Alı adlarına bənzəyən Ali (Ale, Ole) adı qədim skandinaviyalılar arasında da yayılmışdı. “İnqlinqlər haqqında saqa”ya əsasən, əfsanəvi İsveç konunqu Qoca Aunun (Aun inn gamle) qardaşı oğlunun adı konunq Güclü Ale (Ale den Starke) idi. Dəqiqləşdirə bilmədiyimiz bir məlumata görə, bu ad “alicənab” anlamını ifadə edirdi. Eli isə yəhudi şəxs adıdır. “Tövrat”dan götürüldüyü, mənasının “ucalmaq”, “yüksəlmək”, “qalxmaq”, “hündürlük” və ya “ucalıq” olduğu deyilir.
 
Mərakeşli səyyah Muhəmməd ibn Battuta (1304–1377) Böyük Tatarıstan (indiki Rusiya) ərazisində şahidi olduğu qəribə bir əhvalatı öz “Səyahətnamə”sində nəql etmişdir:
 
“Kerçdə (Krımda) sahilə çıxdım. Uzaqda bir kilsə gördüm. Ona tərəf getdim və orada rahiblə qarşılaşdım. Kilsənin divarına qurşağında qılınc, əlində nizə olan, başı çalmalı bir ərəbin rəsmi çəkilmişdi. Həmin təsvirin qarşısında şam yanırdı. Rahibdən soruşdum: Bu, kimin şəklidir? Dedi: Peyğəmbər Əlinin təsviridir. Onun cavabı məni təəccübləndirdi....” 
 
Məşhur səyyah daha sonra yazır:
 
“...Bu yerlər Dəşti-Qıpçaq adı ilə tanınan çölün bir hissəsidir. Çöl yaşıl otlu, güllü-çiçəkli olsa da, orada ağaç, dağ, təpə, yüksəklik yoxdur. Odun olmadığına görə, burada ancaq quru təzək yandırırlar. Bu çöl qıpçaq adlı xalqa məxsusdur. Qıpçaqlar xristian dininə etiqad edirlər. Onlar möhkəm bədənli, güclü, sağlam və cüssəli insanlardır. Oğurluğa görə sərt şəkildə cəzalandırırlar”.
 
Aydındır ki, Muhəmməd ibn Battuta sözügedən ərazilərdə (Qlpçaq çölündə) 1335-ci ildə olmuş və orada bir qıpçaq məbədini görmüşdür. Maraqlıdır ki, müsəlman olmayan türklər arasında da Əli əleyhissəlama böyük sevgi var idi.
 
Muhəmməd ibn Battutanın yazdıqlarını böyük İslam alimi Şeyx Abbas Qumi (1875–1941) də təsdiq edir: 
 
“Kafir ölkələrin padişahları Həzrəti Əli əleyhissəlamın təsvirini öz məbədlərinin divarlarına çəkdirmişdilər. Türk və Buveyhi hökmdarları təbərrük üçün, eləcə də düşmənə qalib gəlmək niyyətilə Əmirəlmöminin əleyhissəlamın şəklini öz qılınclarına həkk etmişdilər. Onlar həmin qılıncları həmişə özlərində saxlayırdılar”.
 
P.S. Mərakeşli səyyah Muhəmməd ibn Battutanın “Peyğəmbər Əli” barəsində məlumatının sirri və izahı bu sətirlərin müəllifinə bəllidir. Lakin o, başqa bir tədqiqatın mövzusu olduğuna görə bəhsimizi burada yekunlaşdırırıq...
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Hamısı