Tarixdə iz qoyanlar Qarabağın ən məşhur 4 MÜƏLLİMİ

Maraqlı 22:39 27.11.2021

EDNews.net modern.az-a istinadən “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edir.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

Kitaba, elmə dəyər verilən gündən müəllimlik peşəsi ən şərəfli peşələrdən biri sayılıb. Çünki, qədim yunan filosofu Sokratın sözləri ilə ifadə etsək, deyə bilərik ki, “dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz”.

XIX əsrdə rus işğalı dövründə kütləvi savadsızlıq baş alıb getdiyindən müəllim peşəsi ən zəruri, vacib, hər yerdə ehtiyac olan sənət növlərindən birinə çevrilmişdi. Tiflis ətrafındakı Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyasının 1879-cu ildə tatar (Azərbaycan) bölməsinin açılması yüzlərlə yurddaşımızın, o cümlədən onlarla Qarabağlı gənclərin müəllim sənətinə yiyələnməsinə şərait yaratdı. Bu fürsətdən yararlanan gələcəyin ziyalıları seminariyanı bitirib xalqının savadlanmasına öz böyük töhfələrini veriblər.

Qarabağdan çıxan, adları təhsilimizin tarixinə düşən xeyli sayda müəllimlər olsa da, Azərbaycan Dövlət Tarix Arxivinin fondlarında təəssüf ki, yalnız dörd məşhur müəllimlə bağlı müəyyən sənədlər dövrümüzə qədər bizə gəlib çatıb.

Bunların içərisində müəllim peşəsində ən çox tanınanı – Azərbaycan maarifçisi, pedaqoq, ədəbiyyatşünas Firudin bəy Köçərlidir. O, 1885-ci ildə Qoridəki seminariyanı başa vurub işləmək üçün İrəvan gimnaziyasına təyinat alır. On il çalışdıqdan sonra 1895-ci ildə İrəvan şəhərini tərk edərək yenidən Qoriyə qayıdır. Burada müəllimlər seminariyasının “tatar şöbəsinin” Azərbaycan dili və şəriət müəllimi təyin edilir.

“Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şöbəsi” fondunun saxlama vahidlərinin birində 1913-1922-ci illərə dair Zaqafqaziya müəllimlər seminariyasının kanduit jurnalında tatar şöbəsinin müəllimi F.Köçərlinin seminariyada növbətçi müəllim xidmətini aparanda şagirdlərin davranışları barədə qeydləri durur (f.797, siy.1, sax.vah.10, səh.4-16). Bu qeydlərdə onun bacarıqlı  pedaqoq kimi fikirləri, baxışları əks olunub.

Firudin bəy Köçərli hələ1916-1917-ci illərdə müstəqil Azərbaycan seminariyasının yaradılmasına təşəbbüs göstərmiş, təkliflər vermişdi. 1918-ci ildə isə Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması ilə Qori seminariyasının Azərbaycan şöbəsinin Qazax şəhərinə köçürüməsinə nail olmuşdu.

Seminariya köçürülərkən sərf edilən xərclər haqqında 1918-ci ilin dekabr ayına aid “Zaqafqaziya müəllimlər seminariyasının tatar şöbəsinin əmlakının Qoridən Qazax şəhərinə köçürülməsinə sərf edilən pulun  F.Köçərliyə göndərilmiş qəbzlərə Gəncə xəzinədarlığının xəzinə inspektorunun münasibəti” (f.797, siy.1, sax.vah.19, səh.1) və 1919-cu ilin mart ayında yazılmış “Qazax müəllimlər seminariyasının direktoru F.Köçərlinin Dövlət nəzarəti idarəsinin direktoruna  Zaqafqaziya müəllimlər seminariyasının keçmiş tatar şöbəsinin müstəqil müəllimlər seminariyasına çevrilməsi haqqında məlumatı” (f.797, siy.1, sax.vah.19, səh.3) sənədləri o möhtəşəm fəaliyyətin dəyərli sübutları kimi saxlanılmaqdadır.

Firudin bəy Köçərli Qazax Müəllimlər Seminariyasını sovet işğalınadək qorumuş və rəhbərlik etmişdir.

Qarabağdan olan şöhrətli müəllimlərdən biri də  - Azərbaycan dramaturqu, nasir, maarif xadimi Süleyman Sani Axundovdur. Süleyman bəy də 1894-cü ildə Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu olub. Həmin il Bakı şəhər 4-cü rus-tatar məktəbinə müəllim qəbul edilib. Yüksək pedaqoji fəaliyyətinə görə1905-ci ildən əvvəlcə 7-ci, daha sonra isə 4-cü rus-tatar məktəblərinin müdiri təyin edilib. O,  1906-cı ildə Bakıda çağrılmış Azərbaycan müəllimlərinin I qurultayında iştirak edib. “Bakı şəhər idarəsi” fondunun “Bakı şəhər idarəsi tədris şöbəsinin rus-tatar məktəbi müəllimi Süleyman bəy Axundovun xidməti şəxsi işi” (f.389, siy.8, sax.vah.1448 ) adlanan saxlama vahidi 1919-cu ilədək olan 23 illik müəllimlik dövrünü əhatə edir. Süleyman bəy Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra da, təhsil və ədəbiyyat sahələrində müxtəlif vəzifələrə irəli çəkilmiş, ömrünün sonuna kimi şərəfli peşəsindən kənarlaşmamışdı. 1920–1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922–1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışmışdı.

Əmək fəaliyyətinə müəllimliklə başlayan dahi Üzeyir Hacıbəylini də tanınmış qarabağlı müəllimlər sırasına aid etmək olar. 1904-cü ildə Qori seminariyasını bitirən Üzeyir bəy növbəti dörd il ərzində Hadrut və Bakı məktəblərində müəllimlik fəaliyyəti ilə məşğul olub. Bu illərlə bağlı Arxivimizdə “Hadrut kənd məktəbinin müəllimi Üzeyir bəy Hacıbəyovun xidməti şəxsi işi” (f.406, siy.2, sax.vah.107) və “Üzeyir bəy Hacıbəyovun rus-tatar məktəblərinin birində iş üçün Bakı şəhər dumasının tədris komissiyasına ərizəsi” (f.389, siy.8, sax.vah.1196, səh.104) adlı sənədlər qorunur.

O, 1905-ci ildə Bakıda əvvəlcə Bibiheybət məktəbində, daha sonra “Səadət” məktəbində dərs deyib. Üzeyir bəy bu məktəblərdə Azərbaycan dili, riyaziyyat, coğrafiya, tarix və eyni zamanda rus dili fənnlərinin müəllimliyini edirdi.

Daha bir tanınmış qarabağlı müəllim görkəmli Azərbaycan yazıçısı və dramaturqu, ictimai-siyasi və teatr xadimi, pedaqoq, ədəbiyyatşünas Əbdürrəhim bəy Haqverdiyevdir. O, öncə Şuşa, ardınca Tiflis realnı məktəbini oxuyandan sonra 1891-1899-cu illərdə Peterburq Yol mühəndisləri İnstitutunda təhsil almışdı. Ali təhsilini alıb vətənə qayıdan gənc yazıçı bir müddət Şuşada yaşayıb. 1901-ci ildə Bakıya gəlir. Əbdürrəhim bəy  şəhərdəki rus-tatar məktəblərinin birində Azərbaycan dili müəllimi işləmək istəyib. Azərbaycan Dövlət Tarix Arxivində qorunan “Bakı şəhər idarəsi” fonduna aid “Tədris komissiyasının fəaliyyəti haqqında” adlı saxlama vahidində onun şəhər tədris komissiyasının sədrinə yazdığı ərizə saxanılır (f.389, siy.6, sax.vah.134, vər.169). Bu ərizədə Əbdürrəhim bəy dil və ədəbiyyatla bağlı qabiliyyətini və Peterburqda aldığı təhsili vurğulayaraq məktəblərdə boş yer olarsa müəllim xidmətinə götürülməsini xahiş edir. Lakin, onu pedaqoji təhsili olmaması səbəbindən xidmətə qəbul etmirlər. Buna baxmayaraq, Bakıda yaşadığı illərdə “Nicat” cəmiyyətində işləyərkən bir müddət müəllim kimi  müəyyən kursların aparılmasında iştirak edir.

Sovet hakimiyyəti qurulduqdan sonra da, 1921-ci ildən 1931-ci ilə qədər Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr оxuyur, gənc kadrlar hazırlığı işində fəal iştirakı ilə müəllimliyini davam etdirir.

O zamanın qarabağlı müəllimlərindən danışarkən Mirzə Həsən Mirzə Qasım oğlu Əmirovu, Fərhad bəy Köçərlini, Müseyib İlyasovu,  Zəkəriyyə bəy Mirzə Mehdiqulu bəy oğlu Aslanovu, Mir Fəttah Musəvini, Səfərəli bəy Vəlibəyovu və başqalarını xatırlamamaq haqsızlıq olardı. Təəssüf ki, təhsillə bağlı xatirələrdə, sənədlərdə onların  adları çəkilsə də, barələrində zamanımıza gəlib çatan müfəssəl arxiv materialları yoxdur. Bununla belə haqqında bəhs etdiyimiz bu qarabağlı müəllimlərin xidmətləri qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacaq, daim hörmət və ehtiramla yad olunacaqlar.  

Rövşən Həsənli,

ARDTA-nin şöbə müdiri

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
Hamısı