Məhəmməd adı yenə də İsraildə ən populyar ad oldu... - ednews.net

17 Yanvar, Bazar ertəsi

Məhəmməd adı yenə də İsraildə ən populyar ad oldu...

Maraqlı A- A A+

İsrailin Mərkəzi Statistika Bürosu dekabrın 21-də ötən ildə yeni doğulan körpələrə ən çox qoyulan adlarla bağlı məlumatları dərc edib.

EDNews.net Rusiya mediasına istinadla xəbər verir ki, 2020-ci ildə də doğulan oğlanlara verilən adlar arasında birinci yeri Məhəmməd adı tutub.  Belə ki, bu, 2396 yeni doğulmuş müsəlman oğlanın valideynləri tərəfindən verilən addır.

Qeyd edək ki, Məhəmməd adı  artıq 5-ci ildir ki, İsraildə ən məşhur ad kimi seçilir. Bu müsəlman adı 2016, 2017, 2018, 2019-cu illərdə də ölkədə ən populyar olub.

2020-ci ildə yəhudi ailələrində David adı ən sevimli ad olub -1536 uşağa həmin ad qoyulub. Yusif və ya İosif adı həm yəhudilər, həm də ərəblər arasında çox məşhurdur.

Ən çox yayılmış qadın adı Mayya, ikinci ən məşhur qadın adı isə Miriam olub. Həm yəhudilər, həm də müsəlmanlar arasında qızlarına hər iki adı qoyanlar xeylidir.

moderator.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...