Çindən olan casus qadın Böyük Britaniya parlamentindən xəbər ötürüb.
Ednews.net Britaniyanın MI5 kəşfiyyat agentliyinə istinadən bildirir ki, qadın, Pekin adından “gizli siyasi” müdaxilə fəaliyyətləri ilə məşğul olub.
Böyük Britaniyanın daxili kəşfiyyat xidməti Çinin hakim Kommunist Partiyası adından işləməkdə şübhəli bilinən qadının Böyük Britaniya parlamentinin üzvlərinə qeyri-qanuni şəkildə təsir göstərməyə çalışdığını iddia edib.
İcmalar Palatasının spikeri Lindsay Hoylun ofisi cümə axşamı parlament üzvlərinə verdiyi notada bildirib ki, MI5 qadının “Çin Kommunist Partiyası adından siyasi müdaxilə fəaliyyəti ilə məşğul olduğunu” aşkar edib.
Spikerin məktubunda əlavə olaraq qeyd edilir ki, hazırda məkanı naməlum olan Çin vətəndaşı qanunverici orqanlarla əlaqə saxlayıb, Honq-Konq və Çində yerləşən xarici vətəndaşlar adından xidmətdə olan parlamentarilərə, habelə namizəd olmaq istəyənlərə maliyyə dəstəyi üçün ianə göndərilməsini asanlaşdırıb”.
Çin hökuməti olanlarla bağlı heç bir rəsmi açıqlama verməyib.