Hollivud aktyoru Tom Kruzun filminin istehsalı ilə məşğul olan “Speys İnterteyment” orbitdə kinostudiya yaratmaq üçün “Aksimo” şirkətilə müqavilə imzalayıb.
Ednews Kult.az-a istinadən xəbər verir ki, burada təkcə kinostudiya deyil, həm də idman zalı tikiləcək.
İşçilər mikroqravitasiyada məzmun yaratmaq istəyən rəssamlar, prodüserlər və kreativ insanlar üçün nəzərdə tutulmuş ayrıca SEE-1 modulunda yerləşəcəklər. SEE-1 bəşəriyyət üçün başqa reallığa keçmək və kosmosda yeni səhifəyə başlamaq üçün inanılmaz bir fürsət olacaq.