Qədim Azərbaycan irsi Nyu-York sərgisində - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Qədim Azərbaycan irsi Nyu-York sərgisində

Maraqlı A- A A+
Gəncə şəhərindən olan iki azərbaycanlı gənc Orxan Məmmədov və Lara Binnet Azərbaycanın mədəni irsini dövrümüzün ən son texnologiya alqoritmi sayılan süni intellekt ilə birləşdirərək ABŞ-ın Nyu-York şəhərində keçiriləcək sərgidə dünya ictimaiyyətinin diqqətinə çatdıracaqlar. Belə ki, sözügedən tədbirdə bu iki bacarıqlı gənc öz ana vətənlərinin, eləcə də Məhsəti və Nizami Gəncəvi kimi dahi şəxsiyyətlərin yaşayıb yaratdıqları Gəncə şəhərinin mədəni irsini süni intellektlə birləşdirərək sərgiləməyə hazırlaşırlar. 
 
Ednews xəbər verir ki, dünyanın ən reytinqli universitetlərini bitirən və qabaqcıl şirkətlərin süni intellekt ilə reklam olunmasında yaxından iştirak edən Lara Binnetin babası Mustafayev Mehmet Mikayıl oğlu əslən Goranboy rayonunun Quşçular kəndindən, nənəsi isə Şamaxının Salamzadə nəslindəndir. 
 
Onun Azərbaycanın qədim mədəni irsinə, azərbaycançılıq məfkurəsinə olan sevgisi, bağlılığı və əmək sərf edərək bu dəyərləri dünyanın gözü önündə yayımlaması da elə öz böyüklərinin əslən bu torpaqdan olmasıdır. Nyu-Yorkun və bütün dünyanın görkəmli kolleksiyaçılarının dəvət aldıqları sərgi hər biri 5 dəqiqə olmaqla 9 özəl sənət əsərinin 45 dəqiqəlik nümayişindən ibarət olacaq. 
 
Qeyd edək ki, sərgi 27 yanvar, Bakı vaxtı ilə saat 11:30 radələrində baş tutacaq və Mayamidə yerləşən rəqəmsal incəsənət şirkəti “Blackdove”ın rəsmi instaqram hesabında izləyicilər üçün canlı yayımlanacaq.
 
Süni intellekt üzrə yüksək biliklərə sahib olan Orxan Məmmədov dünyaya Azərbaycan mədəni irsini çağımızın ən son texnologiya alqoritmi ilə birləşdirən yeganə insanlardandır. Belə ki, O.Məmmədov 2019-cu ildə İtaliyanın Venesiya şəhərində keçirilən 58-ci beynəlxalq dərəcəli Venedik Bienali müasir incəsənət sərgisində Azərbaycan pavilionunu layiqincə təmsil edib. 
 
 
 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...