“Evdə Tək” filminin ulduzu Makoley Kalkin (“Kevin”) sevgilisi, aktrisa Brenda Sonqla toy hazırlıqlarına başlayıb.
Ednews yazır ki, bu barədə “People” öz mənbələrinə istinadla xəbər verib.
Məlumata görə, onların oğulları Dakota dünyaya gələndən bəri bu barədə düşünməyə başlayıblar.
Kalkin sevgilisi ilə 2017-ci ildə “Changeland” filminin çəkiliş meydançasında tanış olub. Həmin vaxtdan birlikdə olan cütlüyün 2021-ci ilin aprelində oğulları olub. Uşağın adı Kalkinin mərhum bacısının şərəfinə Dakota qoyulub.