"Kədər insanı" adlı tablo hərraca çıxarılıb.
Ednews xəbər verir ki, əsər düyaca məşhur İtaliyalı rəssam Sandro Bottiçelliyə məxsusdur.
Tablo “Sotheby's” hərrac evində 45,4 milyon dollara (təxminən 77 milyon 180 min manat) satılıb.
Qeyd edək ki, İsa peyğəmbərin təsvir edildiyi tablo 60 ilə yaxındır şəxsi kolleksiyada saxlanılırdı.
Əsərin hazırlanma tarixi XV əsrin sonu və ya XVI əsrin əvvəllərinə təsadüf edir.