Nyu-Yorkun Mərkəzi Parkında 186 kiloqramlıq qızıl kub quraşdırılıb.
Ednews xəbər verir ki, kub parkın qarla örtülü qazonunda oğurluq hallarının qarşısının alınması məqsədilə güclü mühafizə olunaraq nümayiş etdirilir.
Qeyd edək ki, instalyasiya alman rəssamı Niklas Castellona məxsusdur. Kubun bütün tərəfləri 45 sm ölçüdə, içi boş olduğu üçün isə qalınlığı 63 millimetrdir.
Satışa çıxarılmamasına baxmayaraq instalyasiyanın dəyərini təxmin etmək o qədər də çətin deyil. Belə ki, kubun əridilmiş halda əmtəə bazarında qiyməti 15,1 milyon dollar dəyərində hesablanır.
Qeyd edək ki, kubunun sərgisi ilə paralel olaraq rəssam Kastello Koin (“Castello coin”) adlı kriptovalyutasını təqdim edib. Kriptovalyuta artıq bir ədədi 70 sentdən satılır.