Nobel Sülh Mükafatına layiq görülən SİYASƏTÇİLƏR Teodor Ruzvelt, Yasir Ərəfat, Şimon Peres...

Maraqlı 18:54 19.03.2022
Keçmiş və indiki avropalı siyasətçilər ukraynalıların və Ukrayna prezidenti Volodimir Zelenskinin namizədliyini Nobel Sülh Mükafatına irəli sürüblər. Bu barədə mükafat komitəsinin saytında məlumat verilib.
 
 
Dünyanın ən nüfuzlu elmi mükafatlarından biri olan Nobel mükafatı kimya, fizika, tibb və fiziologiya, ədəbiyyat, iqtisadiyyatla yanaşı sülh istiqamətində fəaliyyətə görə də verilir. 
 
Sülh ilə bağlı Nobel mükafatı 1901-cu ildən bəri təqdim edilir. Mükafatın ilk lauretları isveçrəli Jan Anri Dünan və fransız Frederik Passidir. Laureatlar arasında Martin Lüter Kinq, Lex Valensa, Andrey Saxarov, Mixail Qorbaçov, Yasir Ərəfat, Şimon Peres, Kofi Annan, Məhəmməd əl-Baradeyi və Barak Obama kimi məşhurların da adını çəkmək olar.
 
Nobel Sülh Mükafatı millətlərin dostluğuna xidmət edən, hərbi qarşıdurmaları aradan qaldıra bilən, sülhpərvər qüvvələrin ünsiyyət və dialoqunu təşkil edən fəaliyyətlə məşğul olan şəxslər üçün nəzərdə tutulub.
 
Burada müəyyən gözlənilməz və təzadlı hallar da olur. Məsələn, SSRİ-nin rəhbərlərindən olan Qorbaçova da bu mükafata ”layiq” görülüb. Halbuki o, Bakıda, Tiflisdə, Vilnüsdə dinc adamların qırğınına əmr verən bir insandır.  
 
Nobel Sülh Mükafatı alan liderlər
 
ABŞ Prezidenti Teodor Ruzvelt "Rus-Yapon müharibəsini sona çatdırmaq üçün müvəffəqiyyətli vasitəçiliyi və Haaqa məhkəməsinə ilk işini təqdim edərək arbitraj maraqlarına görə"(1906-cı il Nobel Sülh Mükafatı laureatı).
 
 
ABŞ Prezidenti Vudro Vilson "Millətlər İttifaqıın yaradılmasındaki həlledici roluna görə"(1919-cu il Nobel Sülh Mükafatı laureatı).
 
 
Böyük Britaniya Baş naziri Cozef Ostin Çemberlen “Lokarno sazişləri üzrə fəaliyyətlərinə görə"(1925-ci il Nobel Sülh Mükafatı laureatı).
 
 
 
ABŞ dövlət katibi Henri Kissincer "Vyetnam müharibəsində atəşkəs əldə olunması və Amerika qüvvələrinin çıxarılması məqsədi güdən 1973-cü il Paris sazişinə görə"(1973-cü il)
 
 
Yaponiyanın Baş naziri, Eysaku Sato "Yaponiya üçün nüvə seçimindən imtina etdiyinə və regional barışıq üçün səylərinə görə"(1974-cü il)
 
 
 
 
İsrailin 7-ci baş naziri Menaxem Begin 1978-ci ildə imzalanan “Kemp-Devid” sülh müqaviləsinə görə Misir prezidenti Ənvər Sadatla birgə Nobel sülh mükafatına layiq görülüb.
 
 
 
Kosta Rikanın prezidenti Oskar Sançes Mərkəzi Amerikadakı maliyyə böhranına son qoyma səylərinə görə (1987-ci ildə)   
 
 
 
Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti Nelson Holilala Mandela "Aparteid rejiminin dinc yolla ləğvi və yeni demokratik Cənubi Afrikanın əsasını qoymaq uğrundakı fəaliyyətlərinə görə" (1993-cü il)
 
 
 
Fələstin milli muxtariyyətinin 1-ci sədri Yasir Ərəfat 1994-cü ildə Osloda həyata keçirilən danışıqlara görə İsrailin baş naziri və müdafiə naziri İshaq Rabin və İsrailin prezidenti Şimon Pereslə birlikdə Nobel Sülh mükafatına layiq görülüb.  
 
 
 
Cənubi Koreyanın prezidenti Kim De Çjun (1998-2003-cü illər) demokratik quruculuq və Şimali Koreya ilə barışığa görə Nobel Sülh mükafatına layiq görülüb.
 
 
 
Qanalı diplomat, Birləşmiş Millətlər Təşkilatının 7-ci Baş katibi Kofi Atta Annan (1997-2006), 2012-ci il fevralın 24-dən 31 avgusta qədər - BMT-nın və Ərəb Dövlətləri Liqasının Suriyadakı münaqişənin həllində xüsusi nümayəndəsi, 2001-ci ildə Nobel Sülh Mükafatının laureatı olub.
 
 
 
Amerika Birləşmiş Ştatlarının 39-cu prezidenti Ceyms Erl "Cimmi" Karter "Dünyadakı münaqişələrin sülh yolu ilə həlli üzrə səylərinə və insan haqları uğrunda mübarizəyə görə" 2002-ci il Nobel Sülh mükafatı laureatı.
 
 
 
2008-ci ildə BMT Baş katibinin Kosovo münaqişəsi üzrə xüsusi nümayəndəsi, Finlandiyanın keçmiş prezidenti Marti Axtisaari Sülh sahəsində Nobel mükafatına layiq görülür. Bu mükafat ona son otuz ildə münaqişələrin həllində göstərdiyi fəaliyyətə görə verilir.
 
 
 
Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Hüseyn Obama "beynəlxalq diplomatiyanın və xalqlar arasında əməkdaşlığın gücləndirilməsinə sərf etdiyi böyük əməyə görə" (2009-cu il) 
 
 
 
Liberiyanın prezidenti Elen Conson-Serlif  "Sülhyaratma prosesində iştirakına və qadınların təhlükəsizliyi, hüquqları uğrunda mübarizəyə görə" 2011-cii ildə Tavakul Karman və Leyma Qbovi ilə birlikdə Nobel Sülh mükafatı laureatı qalibi olub.
 
 
 
Kolumbiya Respublikasının prezidenti Manuel Santos ölkəsində 60 ildən çox davam etməkdə olan vətəndaş müharibəsini yekunlaşdırılması üçün gördüyü işlərə görə 2016-cı ildə Nobel sülh mükafatını layiq görülüb. 
 
 
 
Efiopiya Federal Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Efiopiya ilə Eritreya arasındakı 20 illik müharibədən sonrakı ərazi böhranını bitirməkdəki işinə görə (2019-cu il). 
 
 
Qeyd edək ki, indiyədək Sülh üzrə Nobel mükafatı yüzdən çox şəxs və otuza yaxın təşkilata verilib. On yeddi qadın Sülh üzrə Nobel mükafatını (digər mükafatlardan daha çox) alıb. Yalnız iki laureat bu sahə üzrə birdən çox mükafat qazanıb: Beynəlxalq Qızıl Xaç Komitəsi üç dəfə (1917, 1944 və 1963) və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı iki dəfə (1954 və 1981). 19 il Sülh üzrə Nobel mükafatı verilməyib. Le Dık Tho 1973-cü ildə mükafatdan imtina edən yeganə şəxs olub. O, Henri Kissinger ilə 1973-cü il bu mükafata layiq görülüb, ancaq bu cür "burjua sentimentalizmlərinin" onun üçün olmadığını və Paris Sülh Sazişlərinə tam əməl olunmadığını əsas gətirərək mükafatdan imtina edib.
 
Hər il 10 dekabr tarixində Nobel mükafatları mərasimlərində laureatlara diplom, medal və mükafatı təsdiq edən sənəd təqdim olunur. İsveçli və norveçli rəssamlar tərəfindən hazırlanan Nobel Diplomu əslində unikal incəsənət əsəri hesab oluna bilər. Nobel medalları isə çox qiymətli əl işidir, 18 karatlıq yaşıl və 24 karatlıq sarı qızıldan hazırlanır. Fizika, kimya, fiziologiya, tibb və ədəbiyyat üzrə verilən Nobel medalları üzərində Alfred Nobelin rəsmi, doğum və ölüm ildönümləri qeyd edilir.
 
Gülnar Səlimova
 
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı