SpaceX və Tesla-nın baş direktoru İlon Maska görə gələcəyimiz insanabənzər robotlardan ibarət olacaq.
Ednews xəbər verir ki, Mask bu barədə TED-in rəhbəri Kris Andersonla müzakirə aparıb və gələcək gündəlik həyatımızı bu kimi robot varlıqlarla bölüşməyin qeyri-adi tərəflərini müzakirə edib.
Maraqlısı budur ki, Mask bundan sonra həmin robotların "humaniod androidləşdirilməsi" barədə, yəni robotlara insanlarda olan cinsi hisslərin ötürülməsi barədə düşünür.
Bu qeyri-adi robotların kəşfi ixtiraçının maraqlı xəyallar qurmaq bacarığından xəbər verir.
Robotların nə vaxtsa romantik və ya cinsi hisslərə malik ola biləcəyi barədə suala isə Mask özünəməxsus tərzdə cavab verərək bunun qaçılmaz olduğunu qeyd edib.
“Bu xəyalı mən ilk olaraq "Pişik qızlar" icad edərək gerçəkləşdirmək istəyirəm. Bu barədə fikrim qətidir”,-deyə Mask bildirib.
Qeyd edək ki, ixtiraçı vaxtilə pişik qızlara olan xüsusi marağından da danışıb. O, bunu zarafatyana qeyd etsə də hazırda Tesla artıq "Optimus" adlandırılan həmin robotlar üzərində ciddi şəkildə işləməyə başlayıb.