Dünyanın ən yaşlı insanı hesab edilən Yaponiya vətəndaşı Kane Tanaka 119 yaşında vəfat edib.
Ednews xəbər verir ki, Tanaka 2 yanvar 1903-cü ildə ölkənin qərbindəki Fukuokada dünyaya göz açıb.Ağır xəstəliklərlə mübarizə aparan Kane 35 yaşında ögey qızı ilə paratif xəstəliyinə tutulub.
45 yaşında mədəaltı vəzi xərçəngindən əməliyyat olunur və Kaneyə kolon xərçəngi diaqnozu qoyulur.Həmin xəstəlik səbərindən qadın 103 yaşında əməliyyat olunub.
Müsahibələrinin birində şokolad yeməyi, qazlı içkilər içməyi və krossvord həll etməyi sevdiyini deyən Tanaka, qocalar evində qeyd etdiyi son doğum günündə 120 yaşına qədər sağlam qalmağı hədəflədiyini bildirib.
Həddən artıq yaşlı olması səbəbilə xəstəxanaya yerləşdirilən Kane 19 aprel 2022-ci ildə dünyasını dəyişib.
Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin verdiyi məlumatlara görə, Tanakanın ölümündən sonra Yaponiyanın ən yaşlı insanı Osakidən olan 115 yaşlı Tatsumi Fusa hesab edilir.
Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı insanı kimi qeyd ediləcək ad yaxın günlərdə məlum olacaq.
Nəzrin Beydiyeva