Dünya ölkələri günə nə ilə başlayır? Fərqli ölkələrdə səhər yeməyi

Maraqlı 08:00 26.04.2022
Səhər yeməyi günün ən vacib hissəsi hesab edilir. Lakin yaşadığınız ölkədən asılı olaraq "səhər yeməyi" anlayışı fərqli ola bilər. Məsələn, Amerikada səhər yeməyi üçün bekon və ya kolbasa yemək normal sayılsa da, Taylandın səhər yeməyində balıq və düyü yeyilir. 
 
Ednews xəbər verir ki, bir çox fərqli ölkələrə səyahət edən və bu ölkələrin yemək mədəniyyətləri ilə yaxından tanış olan Viktoriya Filpot getdiyi hər ölkədə səhər yeməyi süfrələrinin fotolarını çəkib.
 
İran: Bol çeşidli səhər yeməyi
 
 
Kərə yağı və mürəbbə ilə yeyilən “Naan” çörəyi ənənəvi İran səhər yeməyinin ayrılmaz hissəsidir.Eyni zamanda “Halim” adlı yemək də kifayət qədər əhəmiyyət kəsb edir. Halim - Qiymə, buğda, darçın, yağ və şəkərin qarışdırılması ilə hazırlanır.Zövqə görə soyuq və ya isti servis edilir. Bundan başqa, İranda səhər yeməyi süfrəsində müxtəlif omletlər də görmək mümkündür.
 
Filippin: Meyvəsiz səhər yeməyi mümkünsüzdür
 
 
Filippində səhər yeməyində manqo, düyü, az miqdarda kolbasa və yerli meyvələrə rast gəlinir. Bunlara əlavə olaraq, ən məşhur səhər yeməyi “Sinanqaq” hesab edilir. Bu yeməyi hazırlamaq üçün sarımsağı duzla qovurub lobya, yumurta və ya ət kimi inqrediyentləri əlavə etmək lazımdır. Tropik meyvələr isə Flippində səhər yeməyinin ayrılmaz hissəsi hesab olunur. 
 
Şotlandiya : Yumurtasız səhər yeməyi olmaz
 
 
Şotlandiyada səhər yeməyi İngilislərin ənənəvi səhər yeməyinə bənzəyir. Burada səhər yeməyi yeyərkən boşqabınızda qızardılmış yumurta və Lorne kimi tanınan kvadrat kolbasa görmək mümkündür. Həmçinin, konservləşdirilmiş lobya və donuz əti səhər yeməyi üçün mütləqdir. Sözügedən səhər yeməyi qəhvə və südlü çayla servis edilir.
 
Almaniya: Pendirlərlə bol səhər yeməyi süfrəsi
 
 
Ənənəvi Alman səhər yeməyində süfrədə çoxlu pendirlərə rast gəlmək mümkündür, çünki burada səhər yeməyi üçün pendir mütləqdir. Süfrədə bol kolbasa və bekon da görə bilərsiniz. Burada ən vacib qidalardan biri də təzə bişmiş, çox dənli alman çörəkləridir. Bu səhər yeməyi bir fincan qara qəhvə ilə servis edilir.
 
Fransa: Şirin səhər yeməyi
 
 
Əgər, şirniyyatı sevirsinizsə, Fransada səhər yeməyi tam sizlikdir! Süfrədə şokolad, yağ, qaymaq və ya badamla süfrəyə verilən ləzzətli kruasan tapa bilərsiniz.
 
İsveç: Taxılların Enerjisi ilə dolu səhər yeməyi
 
 
İsveçdə ən yaxşı səhər yeməyi “Pannkakor” kimi tanınan İsveç pankekləri hesab olunur. Bu pankeklər adətən üzərində şirin meyvə kremi ilə servis edilir. Bundan başqa, süfrədə çox taxıllı çörəklər, yulaf və qoz-fındıq tapa bilərsiniz. Eyni zamanda yoqurt İsveç səhər yeməyinin ayrılmaz hissəsidir.
 
Nəzrin Beydiyeva
 
 
 
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra EDİLƏCƏK
17:35 16.05.2024
Hamısı