Elə məşhur aktyorlar var ki, onlar oynadıqları obrazdan sonra film karyerasına fasilə verib.
Ednews xarici mediaya istinadən Hollivudunsözügedən məşhurlarını təqdim edir:
Teylor Lotner "Alatoranlıq" filmi ilə tamaşaçılara tanışdır. Ekran işinin ikinci hissəsi çəkiləndə isə onun istedadının olmadığı və başqası ilə əvəzlənməsi söhbəti ortaya çıxıb. O, filmdə qalsa da, əvvəlki sevgini qazana bilməyib. O, daha sonra "Погоня" filmində çəkilib, amma yenə də sevgi qazanmayıb. Artıq Lotneri heç bir ciddi layihəyə dəvət etmirlər.
Orlando Blum Hollivudun ən sevilən ulduzlarından olub. "Üzüklərin hökmdarı" filmindəki obrazı ilə daha çox sevilib. izləyicilər hələ də hesab edir ki, bu rolda Orlando özünü daha çox nümayiş etdirə bilib. Amma "Elizabettaun" filmindəki dizayner Dryu Beylor obrazı onun film karyerasında uğursuzluq başladıb. Ondan sonra Blum daha səs-küylü layihələrə dəvət olunmur.
Hilari Daff "Lizzi Maquayer" serialındakı obrazlar gənclərin sevimlisi olub. Bir çox komediya filmində çəkilib və mahnılar oxuyub. O, Hollivudun ən acınacaqlı taleyi olan Şeron Teyt obrazını oynayıb. Onun bu rolu kino tənqidçilərini və tamaşaçıları məyus edib. Hilari 2020-ci ildə bu obrazına görə "Qızıl moruq"da "Ən pis aktrisa" nominasiyasında mükafat alıb. Bundan sonra o, filmlərdə çəkilməkdən bir müddətlik imtina edib.
Meqan Foksa "Cenniferin bədəni" filmi uğursuzluq gətirib. "Transformer"dəki obrazı ilə sevilən aktrisa 2008-ci ildə ən cazibədar aktrisa seçilib. "Cenniferin bədəni" komediya filmində rol alması isə onun bu şöhrətinə kölgə salıb. Rejissorlar hələ ki, Meqana böyük layihə təklifi etmir.
Roberto Benini tamaşaçılara "Həyat gözəldr" filmi ilə tanınıb. 3 "Oskar" mükafatına layiq görülüb. Mükafatdan biri də "Ən yaxşı kişi obrazı"na görə Robertoya verilib. 2002-ci ildə isə o, "Pinokkio" filmində rol alıb. 50 yaşlı Benini buradakı roluna görə tənqid edilib. Həmin ildən sonra aktyor uzun müddət filmlərdə rol almayıb. 2019-cu ildə "Matteo Qarrone" filminə çəkilib.