"Donald Trampın "Twitter" hesabı səhfən bloklanıb".
Ednews "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sözləri İlon Mask Financial Times konfransında çıxışı zamanı bildirib.
Sahibkar İlon Mask Donald Trampın Twitter hesabının bloklanmasını “səhv” adlandırıb və sosial şəbəkə hesabını ABŞ-ın keçmiş prezidentinə qaytarmağa hazır olduğunu bildirib.
"Mən hesab edirəm ki, Donald Trampın hesablarını bloklamaq düzgün deyildi. Mən birdəfəlik bloklamaq qərarını ləğv edərdim, amma Twitter hələ mənim deyil, ona görə də bunun mütləq edilə biləcəyini söyləmək olmaz", -deyə sahibkar bildirib.
O qeyd edib ki, Tvitter-in təsisçisi Cek Dorsi ilə müddətsiz bloklamanın hesab-botlara və spam-akkauntlara münasibətdə nadir hallarda tətbiq edilməsi üzərində işləyirlər.
Qeyd edək ki, daha əvvəl Tramp ona bloklanmış hesabı bərpa etmək təklif edilsə belə, Twitter-ə qayıtmayacağını və özünün “Truth” sosial şəbəkəsindən istifadə etmək niyyətində olduğunu açıqlayıb.
Səbinə Qədirova