Cenevrədə indiyə qədər hərraca çıxarılan ən böyük ağ almaz satılacaq.
Ednews xəbər verir ki, hərrac rəsmisinin bildirdiyinə görə, "The Rock" adlı, təxminən qolf topu ölçüsündə olan 228,31 karatlıq armud formalı daşın 30 milyon dollara satılacağı gözlənilir.
"Bu daş simmetrik armud formasındadır və indiyə qədər hərracda satılan ən nadir qiymətli daşlardan biridir"-“Christie's” hərrac evinin Cenevrədəki zərgərlik departamentinin rəhbəri Maks Favset “Reuters”-ə açıqlamasında bildirib.
Qeyd edək ki, “Christie's” hərrac evində satılan digər bir daşın isə təxmini satış qiyməti 7 milyon ilə 10 milyon dollar arasındadır. 205,07 karatlıq sarı rəngli, yastıq formalı daş "The Red Cross Diamond" (Qırmızı Xaç Almazı) adlandırılıb. Buna səbəb hərracdan əldə olunan gəlirin bir hissəsinin Cenevrədə yerləşən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) bağışlanacağı olub.