Koreya Respublikasının Milli Assambleyası Han Dok Sunun ölkənin baş naziri vəzifəsinə namizədliyini təsdiqləyib.
Ednews xəbər verir ki, bu barədə məlumatı "Yonhap" agentliyi yayıb.
"Han Dok Sunun namizədliyi prezident Yun Suk Yol tərəfindən irəli sürüldükdən 47 gün sonra 36 əleyhinə 208 səslə təsdiq edilib", - məlumatda deyilir.
Qeyd edək ki, Han Dok Su bundan öncə 2007-2008-ci illərdə Cənubi Koreyanın baş naziri olub.