Texnologiyanın inkişafı xüsusi panelli displeyləri olan elektron cihazlara da təsir edir. Bu səbəbdən bir çox məhsulun idarə panelləri var. Bu panellərdə proqram, xüsusən saat kimi detallar da göstərilir. Bununla belə, funksional xüsusiyyətlər səbəbli rəqəmsal displeyli cihazların daim elektrik şəbəkəsinə qoşulması yüksək enerji sərfiyyatına və sayğacın daha sürətlə fırlanmasına səbəb olur.
Bu məhsulları elektrik şəbəkəsindən ayıran zaman aylıq hesabatda nəzərəçarpacaq fərq müşahidə olunur.
Bəs, bu halları necə aradan qaldırmaq olar?
Ednews kommunal xərclərə qənaət etməyin üsullarını təqdim edir:
Məlumdur ki, telefonumuzu enerji yığmaq üçün tez-tez cərəyana qoşuruq. Çox vaxt telefonu enerji cihazından ayırdıqda cihaz cərəyana qoşulu qalır. Bu halda heç bir enerji sərfiyyatı baş vermədiyini düşünürük, ancaq vəziyyət tamamilə fərqlidir.
İstifadə olunmayan bir cihaz sırf enerjiyə qoşulduğu üçün aylıq əlavə xərclərə səbəb olur.
Bu hal təkcə telefonlarda deyil, televizorlarda da belədir. Əgər işlək olmayan televizor cərəyana qoşulubsa bu, kommunal xərclərə xeyli mənfi təsir edəcək. Həmçinin, bu zaman baş verən enerji sərfiyyatı televizor işlək vəziyyətdə olarkən istifadə olunan sərfiyyatdan heç də geri qalmır. Rəqəmsal dalğa qəbulediciləri bir çox sahədə, xüsusən də evlərdə istifadə olunur. Çoxları pula qənaət etmək üçün televizoru söndürdükdən sonra ağlına dalğaların qəbulediciləri gəlmir.
Bir çox insanlar işlərinin əksər hissəsini kompüter yaxud notbuklar vasitəsilə həyata keçirir. Bəzən fasilə vermək məqsədilə notbukları “yuxu rejimi”-nə keçirərək tam söndürmürük. İlk baxışdan təhlükəsiz görünən bu hal da enerji sərfiyyatına gətirib çıxarır.
Ən çox enerji sərfiyyatını isə demək olar ki, hər ailənin mətbəxində istifadə olunan mikrodalğalı sobalar həyata keçirir.
İndiki dövrdə interneti olmayan məkan demək olar ki, yoxdur. Nəticədə, biz hər yerdə Wi-Fi qurğularına rast gəlirik. Elektrik sərfiyyatınızın yüksək olmasından şikayət edirsinizsə, gecə yatarkən bu cihazları da elektrik enerjisindən ayırmağı unutmayın. Beləliklə, aylıq olmasa belə, illik sərfiyyatda xeyli qənaət edə bilərsiniz.
Sözügedən cihazlar çoxlu elektrik enerjisi sərf edən cihazlar sırasındadır. Bu qəbuledicilər demək olar ki, smart televizorlar qədər enerji sərf edir. Bu məhsulların gündəlik enerji sərfiyyatı təqribi 22 vatt-a bərabərdir.
Nəzrin Beydiyeva