Hadisə İndoneziyanın Riau ərazisindəki zooparkda baş verib. Belə ki, zooparkda olan oranqutan qaydaları pozaraq ona yaxınlaşan şəxsi tutub.
Ednews xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda oranqutanın Həsən Arifi adlı şəxsin ayaqlarından tutub yuxarı qaldırdığı görülüb.
Ətrafdakılar Arifini qəfəsə doğru çəkmək istəyən oranqutanı sakitləşdirməyə çalışıblar. Zooparkdakı ziyarətçilər və işçilər müdaxilə edərək Arifini meymunun əlindən xilas edə biliblər.