Dünyanı vahiməyə salan evlər - Müəmmalı qətllər - ARAŞDIRMA - ednews.net

29 İyun, Çərşənbə

(+994 50) 229-39-11

Dünyanı vahiməyə salan evlər - Müəmmalı qətllər - ARAŞDIRMA

Maraqlı A- A A+
İnsanların çoxu bəzi evlərin lənətli olduğuna inanırlar. Hər nə qədər biz belə anlayışları inkar etsək də, həmin evlərlə əlaqəli hadisələr vəziyyəti mürəkkəbləşdirir. ABŞ-da o qədər cəlbedici və dəhşətli hekayələri (qətllər, intiharlar) ilə məşhur olan lənətli evlər var ki, hətta onlar bir çox filmin mövzusu olub.
 
Ednews dünyanın ən qorxunc yerləri ilə bağlı araşdırmanı bölüşür.
 
Fugeret qalası
 
Vyana vadisi mənzərəli bu neoqotik qəsr Fransa İnqilabına qədər ölkənin məhkəmə sisteminə xidmət edib. Bununla belə, binanın nüfuzu onun tarixi keçmişindən deyil,  ruhların evi olduğuna dair inanclardan irəli gəlir. Şayiələrə görə, binanın sahibi olan xanım qalanı zəbt etmiş ruhlarla dialoqa girmək üçün gecələr ekstrasenslərin iştirakı ilə özəl seanslar təşkil edir.
 
Edinburq qalası
 
Edinburq qalası haqqında yayılan şayiələr 900 il əvvələ gedib çıxır. XII əsrdə tikilən və hərbi strateji məqsədlər üçün istifadə olunan bu qala daim edamlara və qəfil hücumlara ev sahibliyi edib. Bu gün qalanın qalıqlarına baxmaq üçün xüsusi ekskursiyalar təşkil edilir. Həmin yerlər hersoq Aleksandr Stüartın mühafizəçiləri öldürərək cəsədlərini yandırdıqdan sonra qaçması, Ledi Canet Duqlasın isə cadugərlik üçün dirəkdə yandırılması ilə bağlı dəhşətli hekayələri ilə məşhurdur. 2001-ci ildə qala tarixin ən anormal araşdırmalarından birinə şahid oldu. 9 tədqiqatçı və 200-dən çox insan qalanın otaqlarını və gizli keçidlərini araşdırarkən bu ərazilərdə neqativ təcrübələr yaşadıqlarını söyləyib.
 
Mark Tvenin evi 
 
“Tom Soyerin macəraları” kitabı ilə məşhurlaşan amerikalı yazıçı Mark Tvenin insanları qorxudacağına kim inanar? Ancaq Mark Tvenin yaşadığı Hartforddakı ev haqqında ağılasığmaz əfsanə var.
Əsl adı Samuel Klemens olan yazıçı 1874-1891-ci illərdə burada yaşayıb. Ehtimallara görə yazıçının və meningitdən dünyasını dəyişən qızı Susinin ruhları hələ də bu evdə gəzir.
 
Karleton Villası
1895-ci ildə Nyu-York yaxınlığındakı Karleton adasında tikilən villa silah və yazı makinaları istehsal etməklə var-dövlət qazanan Vilyam O. Vikoffa məxsus olub. Lakin o, bura köçməzdən əvvəl həyat yoldaşı xərçəng xəstəliyindən dünyasını dəyişib. Biznesmen Vikoff isə evə köçdüyü ilk gecə ölüb. Hal-hazırda vampirlərin o vaxtdan bəri boş qalan evi və sahibinin ruhunu təqib etdiyinə dair inanclar mövcuddur. Ev bir neçə ildir satışa çıxarılsa da, adı pis hadisələrdə hallandığı üçün özünə alıcı tapa bilməyib. Qeyd edək ki, sözügedən evin qiyməti 495 min dollardır.
 
Sellinin evi
 
Amerikanın ən lənətli evlərindən hesab olunan villa bu yerdəki neqativ enerjinin uğursuz nəticələrindən qaynaqlandığı iddia edilir. Belə ki, burada yaşayan qız telefon zəngi zamanı anidən həyatını itirir. 1990-cı illərdə burada yaşayan bir ailə, evdə tez-tez uçan cisimlər gördüklərini və paranormal hadisələr yaşadıqlarını açıqlayıb. Həmçinin onlar, bu hadisələri lentə alaraq sənədli film də hazırlayıb. Ev indi boş olsa da paranormal hadisələri araşdıran tədqiqatçılar üçün məşhur seçimdir. Burada qalmaq istəyənlər adambaşına 100 dollar ödəməklə evdə gecələyə bilərlər. 
 
Villisca Axe Cinayət Evi
 
10 iyun 1912-ci ildə Josiah və Sarah Moore, dörd övladı və iki qonağı ilə birlikdə Ayova ştatındakı bu sakit evdə öldürülüb. Cinayətin üstü nəinki açılmayıb, eyni zamanda evin çox hissəsi hələ də həmin taleyüklü gecədə olduğu kimi qorunub saxlanılır. Qeyd edək ki, mülkdə heç bir axar su və ya elektrik şəbəkəsi yoxdur. 2014-cü ildə rezerv edərək burada gecələyən polis müstəntiqi müəmmalı səbəblərdən özünü bıçaqlayaraq ağır yaralayıb.
 
Nəzrin Beydiyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...