Qan qrupuna görə qidalanma Mif yoxsa həqiqət?

Maraqlı 12:40 23.06.2022

Müasir dövrün ən dəbdə olan trendləri arasında pəhrizlərin xüsusi yeri var. Statistikaya görə, insanların böyük əksəriyyəti heç olmaya həyatlarında bir dəfə də olsa pəhriz saxlayır. 

Bəzən insanlar kortəbii pəhrizlərə riayət edərək sağlamlıqlarına böyük zərər vururlar. Mütəxəssislər pəhrizin xüsusi olaraq həkim nəzarətində həyata keçirilməsini daha uyğun hesab edirlər. 

Hazırda daha populyar olan və əsasən də qadınlar arasında yayılan Dükan, Keta, İsveç, Norveç, qan qrupuna uyğun qidalanma rejimləri var. Bunlardan ən məşhuru isə qan qrupuna görə olan pəhrizdir.

Bu pəhriz nə zaman yarandı?...

Qan qrupuna görə pəhriz fikri ilk dəfə naturopat Peter J. D'Adamo tərəfindən irəli sürülüb. Bu qidalanma prinsipinə görə qəbul etdiyimiz qidalar qan qrupumuza uyğun olaraq orqanizmimizdə kimyəvi reaksiya əmələ gətirir. Qan qrupuna uyğun saxlanılan pəhriz daha effektiv şəkildə həzm etməyə kömək edir. Həmçinin bu cür pəhrizləri tətbiq edən şəxslərin daha effektiv çəki atmağı, daha çox enerji qazanacağı və xəstəlik riskinin azalacağı iddia edilir.

0 (I qrup) Qan qrupu:

Bu qan qrupu vəhşi heyvanları ovlayan və onların əti ilə qidalanan ilk insanlara məxsusdur. Ona görə də qırmızı ət bu qan qrupu olan insanların heç vaxt imtina edə bilməyəcəyi qidalardan biridir. A qrupundan fərqli olaraq, bu qan qrupuna sahib olanlar arıqlamaq üçün taxıl və taxıllı qidalardan uzaq durmalıdırlar.

Bu qrupa daxil olan insanlar ət yeməyi sevirlər və həzm sistemləri sağlam və aktivdir. Pəhriz saxlamağa və ətraf mühitə uyğunlaşmaqda çətinlik çəkirlər və enerjili, incə qalmaq üçün maddələr mübadiləsini sürətləndirilməsi əsasdır.

I qrupa daxil olan insanlar qırmızı ət, qaraciyər, quş əti, balıq, dəniz məhsulları, yodlaşdırılmış duz, ispanaq və brokoli kimi qidalardan istifadə etməlidirlər.

Onlar, həmçinin, taxıl, çörək, buğda (buğda unundan qaçmaq lazımdır, çünki buğdanın tərkibindəki qlüten 0-cı qrupdakı insanların arıqlamasına mane olur), süd məhsulları, yumurta və yağdan (xüsusilə zeytun yağı) istifadə etməməlidirlər.

A (II qrup) qan qrupu:

A qrupunun əcdadları ilk vegetarianlar hesab olunur. İnfeksiyalara qarşı dözümlü olan bu qrupdakı insanların vəba, çiçək kimi xəstəliklərdən sağ qaldıqları araşdırmalarla sübut edilib. Bu gün Qərbi Avropada ən çox yayılan bu qan qrupuna Aralıq dənizi, Adriatik və Egey bölgələrində yaşayanlarda daha çox rast gəlinir. Şərqi Asiyada A qrupunun ən çox mövcud olduğu ölkə isə Yaponiyadır.

Bu qrup insanların həzm sistemi həssas olur, müəyyən edilmiş qidalanmaya və ətraf mühit şəraitinə asanlıqla uyğunlaşır. Sözügedən insanlar güclü və sağlam qalmaq üçün tərəvəz əsaslı pəhrizlərə üstünlük verməlidirlər.

II qan qrupuna sahib olan insanlar soya zülalları, taxıl məhsulları, tərəvəzlər, balıq və ya toyuq, tərəvəzlər (daha çox çiy və ya buxarda hazırlanmış), brokoli, yerkökü, balqabaq, ispanaq, sarımsaq, gavalı, albalı kimi meyvələrlə qidalanmalıdırlar.

Bu qrupa daxil olan insanlar qırmızı ət yeyərkən özlərini ağır hiss edir və enerji itirirlər. Həmçinin ət onların orqanizmində yağ kimi depolanır,  süd məhsulları isə maddələr mübadiləsini ləngidir.  Həmçinin II qan qrupuna sahib olan insanlara kolbasa məmulatları,  bibər, pomidor, kartof, kələm, tropik meyvələr, naringi, portağal kimi sitrus meyvələrindən də uzaq durmaq tövsiyə edilir.

B (III qrup) qan qrupu:

Bu qan qruplarının həzm sistemi digərləri ilə müqayisədə daha möhkəmdir. Ümumiyyətlə, bu qrupun insanlarına fiziki və zehni fəaliyyətlərini balanslaşdırmaq tövsiyə olunur. 

B qan qrupuna daxil olan insanlar daha çox süd məhsulları, mal əti, hind toyuğu, balıq (lobster, karides, kalamar və midye istisna olmaqla), zeytun yağı, yaşıl yarpaqlı tərəvəzlər, kartof, kələm və göbələk kimi qidalara meyl etməlidirlər.

Onlara qarğıdalı, buğda, mərci, fındıq, küncüt, quzu, dovşan, toyuq əti, küncüt günəbaxan, qarğıdalı yağları kimi qidaların qəbulu isə məsləhət deyil. 

AB (IV qrup) qan qrupu:

A və B qruplarının qarışığından ibarət olan bu qan qrupuna çox nadir insanlarda rast gəlinir. Bu qan qrupu Şərqlə və Qərbin qarışan genləri nəticəsində əmələ gəlib. Eramızdan əvvəl 900-cü ildən formalaşan AB qrupuna dünyadakı insanların yalnız 5%-i daxildir. Bu qrupdakı insanların immun sistemi çox güclüdür.

A və B qrupları üçün uyğun olmayan qidalar bu qrup üçün də əlverişsizdir.

AB qrupuna daxil olan insanlar daha çox  pomidor, dəniz məhsulları, süd məhsulları, tərəvəzlər, qoyun, dovşan və hinduşka əti, qatıq, yumurta kimi qidalara üstünlük verməlidirlər.

Bu qrup sahiblərinə dana və ya mal əti, toyuq əti, sarımsaq, istiot, sirkə kimi qidalar isə məsləhətli deyil. Çünki bu ətlər orqanizmdə artıq piy kimi depolana bilər.

 

Nəzrin Beydiyeva, Ednews.net

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Hamısı